İqtisadi gündəm
Avropada "qara aprel": İnflyasiya rəqəmləri qorxudur
Avropa yeni və daha şiddətli iqtisadi fırtınanın astanasındadır. Yaxın Şərqdə alovlanan hərbi münaqişələr neft bazarını iflic edərək qitədə inflyasiyanın yenidən rekord həddə çatmasına səbəb olub.
Publika.az xəbər verir ki, bu barədə "The Wall Street Journal" məlumat yayıb.
Bildirilir ki, Almaniya və İspaniyada aprel ayı üzrə qiymət artımı analitiklərin gözləntilərini alt-üst edib.
Almaniyanın "Destatis" agentliyi ölkədə istehlak səbətinin 2,9% bahalaşdığını təsdiqləyib. Bu, 2024-cü ilin əvvəlindən bəri qeydə alınan ən yüksək göstəricidir. Xüsusilə enerji daşıyıcılarının qiyməti 10,1% artaraq alman ailələrinin büdcəsinə 2023-cü ilin enerji böhranından bəri ən ağır zərbəni vurub.
İspaniyada isə vəziyyət daha acınacaqlıdır. Rəsmi INE agentliyi inflyasiyanın 3,5%-ə yüksəldiyini bəyan edib ki, bu da son bir ilin ən pik həddidir.
İqtisadçıların fikrincə, bu sıçrayışın əsas səbəbi strateji əhəmiyyətli Hörmüz boğazının bağlanmasıdır. Hazırda "Brent" markalı neftin qiyməti 110 dolları ötüb. ABŞ və İran arasındakı danışıqların dalana dirənməsi isə investorları daha da təşvişə salır.
Avropa Mərkəzi Bankının (AMB) rəhbəri Kristin Laqard vəziyyətin ciddiliyini gizlətməyib: "Mühariədən əvvəlki dövrə qayıtmaq üçün asan yol yoxdur. Ev təsərrüfatları və şirkətlər böyük şok yaşayıblar, onların "əzələ yaddaşı" hələ də təzədir və yeni xərclərə qarşı daha həssasdırlar".
AMB-nin hesablamalarına görə, neftin hər 14% bahalaşması ümumi inflyasiyaya əlavə 0,5% artım gətirir. Bankın hədəfi 2% olsa da, 2026-cı ildə bu rəqəmin 2,6% olacağı gözlənilir. Ən pisləri isə irəlidədir: əgər müharibə uzanarsa, 2027-ci ildə inflyasiya 4,8%-ə çata bilər. Bu isə milyonlarla avropalı üçün uzunmüddətli yoxsullaşma və aşağı alıcılıq qabiliyyəti deməkdir.
İqtisadi gözləntilər indeksi artıq 2020-ci ilin pandemiya səviyyəsinə düşüb. O zaman iqtisadiyyatı lokdaunlar dayandırmışdısa, indi bunu müharibə və neft qiymətləri edir.
Müəllif: Adəm
-
ABŞ17:42Trampdan xəbərdarlıq: "Bu, ölkəmizə baha başa gəlir"
-
MDB16:22Oktyabrın 1-dən koronavirus məhdudiyyətləri tamamilə aradan qaldırılır
-
MDB15:03Döyüşə balet rəqqası gedir? - Moskvada maraqlı məhkəmə
-
İdman14:48“Qarabağ”ın hücumçusu millisinə qələbə qazandırdı - VİDEO
-
Pul14:26Azərbaycana 33 trilyon dollar vəsaiti idarə edən investorlar gəlib
-
Nida Xəbər 13:58Prezidentin sosial media hesablarında Bakıdakı forumda iştirakına dair video paylaşıldı
-
Ekologiya13:24Bakıda 29 dərəcə isti olacaq - Hava proqnozu
-
Hadisə13:18Bakıda vulkan püskürdü - Yeniləndi(Video)






















.jpg)















