İqtisadi gündəm
Konqolu nazir: Bakının şəhərsalma modelindən nümunə götürüləsi çox məqam var
Bakıda şəhərsalma sahəsindəki inkişafdan çox təsirləndik. Düşünürəm ki, bu modeldən götürüləsi çox məqam var. Belə sürətli transformasiya bizi də ilhamlandıracaq.
Publika.az xəbər verir ki, bu fikirləri Birləşmiş Millətlər Təşkilatının Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyası (WUF13) çərçivəsində jurnalistlərə açıqlamasında Konqonun infrastruktur və ictimai işlər üzrə dövlət naziri Aleksis Gisaro Muvunyi bildirib.
Nazir tədbiri digər ölkələrin, xüsusilə də şəhərsalma sahəsində uğur qazanmış ölkələrin təcrübəsindən faydalanmaq baxımından önəmini qeyd edib: “Bu forumdan gözləntimiz həm də Konqo Demokratik Respublikası haqqında danışmaq, investorları cəlb etmək və Afrikanın da investisiya qoyula biləcək bir məkan, bir qitə olduğunu göstərməkdir.
Ümid edirik ki, istər beynəlxalq tərəfdaşlar, istərsə də özəl sektor investorları ilə Konqo və Afrika barədə danışmaq imkanımız olacaq və onlar da həmin bölgələrə investisiya qoyacaqlar”.
-
Dünya10:48"GTA"nın arxasındakı qadın: Milyardlıq oyun imperiyasının ilham mənbəyi kimdir?
-
İqtisadi gündəm10:18Bu şəxslərin bütün cərimələri silinəcək
-
Magazin109:36Vəfa Şərifova ailə qurdu: Villasında toy etdi - VİDEO
-
Hadisə08:48Lökbatanda dəhşətli qəza: Tanınmış teleaparıcı həyatını itirdi
-
Avropa07:55Mafiya ilə bağlı qalmaqallı istintaq: Keçmiş polis rəisi intihar etdi
-
ABŞ05:45Tramp Ukrayna ilə bağlı mühüm qərar verməyə hazırlaşır? - Kuşner açıqladı
-
Dünya04:30Ölüm saçan pullar peyda oldu: toxunanlar zəhərlənir
-
Qoroskop00:45Günün ulduz falı: Kiçik detalları gözdən qaçırmamağa çalışın






.jpg)






























