İqtisadi gündəm
Bulut: Fəlakətdən sonra ölkəmiz tarixinin ən genişmiqyaslı yenidənqurma prosesinə başladı
Türkiyə olaraq biz təhlükəsiz, əlçatan və dayanıqlı mənzil siyasətlərini şəhərlərin gələcəyi, mədəni dəyərlər kontekstində qlobal model kimi təqdim edirik. 2023-cü ilin fevralında baş verən zəlzələlər şəhər dayanıqlılığına malik infrastrukturun seçim deyil, zərurət olduğunu açıq şəkildə göstərdi. Fəlakətdən sonra ölkəmiz tarixinin ən genişmiqyaslı yenidənqurma prosesinə başladı.
Publika.az xəbər verir ki, bu sözləri Türkiyənin ətraf mühit, şəhərsalma və iqlim dəyişikliyi üzrə nazir müavini Ömər Bulut Bakıda keçirilən Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyası (WUF13) çərçivəsində nazirlər səviyyəsində keçirilən dəyirmi masada səsləndirib.
"Bizim yanaşmamız yalnız dağılanı yenidən tikməkdən ibarət deyil. Məqsədimiz şəhərlərimizi daha dayanıqlı, davamlı, aşağıkarbonlu və iqlimə uyğun şəkildə gələcəyə hazırlamaqdır. Bu çərçivədə biz təhlükəsiz mənzil təminatı, güclü infrastruktur, enerji səmərəliliyi, təmiz enerji tətbiqləri və bərpaolunan enerjinin mənzil sektoruna inteqrasiyası istiqamətində işlərimizi davam etdiririk", - deyə nazir müavini vurğulayıb.
-
Hadisə17:56Vurulan gəmidə sağ qalan azərbaycanlılar - Adlar
-
Rəsmi xronika16:10Prezident təsdiqlədi: DİN və XİN-ə konkret vəzifələr tapşırıldı
-
Rəsmi xronika15:22Prezidentin sosial şəbəkə hesablarında video paylaşıldı
-
Rəsmi xronika14:37İlham Əliyev Fərhad Xəlilova “İstiqlal” ordenini təqdim etdi - YENİLƏNDİ
-
İdman14:10Ailəm bütün bunlardan çox əziyyət çəkib - Messi şikayətləndi
-
Dünya12:43İngiltərədən əhaliyə təcili xəbərdarlıq: 3 günlük ərzaq və su ehtiyatı yığın
-
Region12:17İrəvanda əcnəbiləri daşıyan avtobus aşdı - Xeyli xəsarət alan var
-
Sosial11:36Azərbaycanın Milli Qəhrəmanı Gürcüstanda saxlanıldı - FOTO






.jpg)




.jpg)












.jpg)














