İqtisadi gündəm
Rusiya və Çin Xəzər dəhlizi açır: İran və Pakistanadək uzanan yol regiona nə verəcək?
Rusiyanın Xəzər dənizi boyunca iri avtomobil dəhlizinin tikintisi və maliyyələşdirilməsi ilə bağlı Çinlə danışıqlar apardığı açıqlanıb.
Publika.az xəbər verir ki, bu barədə "RİA Novosti"yə müsahibəsində Rusiya baş nazirinin müavini Marat Xusnullin danışıb.
Onun sözlərinə görə, layihənin Rusiyadan başlayaraq Qazaxıstan və Türkmənistan üzərindən İrana, daha sonra isə Əfqanıstan və Pakistana çıxışı nəzərdə tutulur.
Xusnullin bildirib ki, Rusiya hakimiyyəti nəqliyyat infrastrukturunu yalnız dövlət büdcəsi hesabına deyil, həm də xarici və özəl investisiyalar vasitəsilə inkişaf etdirmək niyyətindədir.
O qeyd edib ki, hazırda Rusiyada Nəqliyyat Nazirliyi və İqtisadi İnkişaf Nazirliyi tərəfindən müsbət rəy almış təxminən 20 nəqliyyat layihəsi seçilib.
Hakimiyyətin əsas prioritetlərindən biri isə məhz Xəzər boyunca uzanan şərq avtomobil dəhlizi hesab olunur.
Marat Xusnullin deyib ki, məsələ “Rusiya - İslam dünyası: KazanForum” çərçivəsində Çin tərəfi ilə də müzakirə olunub. Moskva həm Çin şirkətlərinin magistralın tikintisində iştirakını, həm də Çin maliyyəsinin cəlb edilməsini nəzərdən keçirir.
Baş nazirin müavini əlavə edib ki, hazırda infrastruktur layihələrinin maliyyələşdirilməsi üçün müxtəlif mexanizmlər üzərində iş aparılır.
Müəllif: Adəm
-
Rəsmi xronika16:10Prezident təsdiqlədi: DİN və XİN-ə konkret vəzifələr tapşırıldı
-
Rəsmi xronika15:22Prezidentin sosial şəbəkə hesablarında video paylaşıldı
-
Rəsmi xronika14:37İlham Əliyev Fərhad Xəlilova “İstiqlal” ordenini təqdim etdi - YENİLƏNDİ
-
İdman14:10Ailəm bütün bunlardan çox əziyyət çəkib - Messi şikayətləndi
-
Dünya12:43İngiltərədən əhaliyə təcili xəbərdarlıq: 3 günlük ərzaq və su ehtiyatı yığın
-
Region12:17İrəvanda əcnəbiləri daşıyan avtobus aşdı - Xeyli xəsarət alan var
-
Sosial11:36Azərbaycanın Milli Qəhrəmanı Gürcüstanda saxlanıldı - FOTO
-
Rəsmi xronika11:12İlham Əliyev Hindistanın xarici işlər nazirini qəbul etdi










.jpg)














.jpg)















