İqtisadi gündəm
Rusiya dollardan üz döndərir? - Kreml yeni ödəniş qaydasını açıqladı
Rusiya bütün məqbul ödəniş üsullarına açıqdır.
Publika.az xəbər verir ki, bunu Kremlin sözçüsü Dmitri Peskov bildirib.
Onun sözlərinə görə, Moskva dollarlaşmadan imtinaya çalışmır. Lakin bəzi ölkələr Rusiyaya öz valyutalarından istifadə etməyə imkan vermir və beləliklə, həmin valyutalar siyasi təzyiq vasitəsinə çevrilir. Bu səbəbdən Rusiya hesablaşmalarda rubldan istifadə edir.
Peskov milli valyutalarla hesablaşmaların qarşılıqlı faydalı olduğunu vurğulayıb. O qeyd edib ki, beynəlxalq ödənişlərdə dolların payı hələ yüksək olsa da, bu göstərici azalır.
Rusiyanın maliyyə naziri Anton Siluanov da əsas məqsədin dollarlaşmadan imtina deyil, hesablaşmaların sabitliyini təmin etmək olduğunu deyib. Onun sözlərinə görə, BRİKS çərçivəsində transsərhəd ödəniş sistemi yaratmaq prosesi isə hələlik ləng gedir.
Müəllif: Adəm
-
Hadisə17:15Keçmiş rabitə və informasiya texnologiyaları nazirinə ağır itki üz verdi
-
Nida Xəbər 16:10Əli Kərimli erməni lobbisi tərəfindən niyə mükafatlandırıldı?
-
Magazin216:0513 min manatlıq çanta ilə poza verdi - FOTO
-
Region15:47Paşinyan: "Mən Ermənistanı Avropa İttifaqının tərkibində görürəm!"
-
Hadisə14:38Ordubadda qəzaya düşən deputatın vəziyyəti açıqlandı
-
Ekologiya13:09Sabahın hava proqnozu açıqlandı
-
Avropa12:57Qara dənizə ABŞ kəşfiyyat təyyarəsi qaldırıldı
-
Hadisə11:38Hərbi hissələrdə görüşə məhdudiyyət qoyuldu









.jpg)

















.png)








