İqtisadi gündəm
Birbank-da köçürmələri SİMA İmza ilə təsdiqləmək daha rahatdır
Birbank tətbiqində pul köçürmələrinin təsdiqlənməsi prosesi yenilənib.
Belə ki, Birbanklılar köçürmələrini SİMA İmza ilə təsdiqləyərək daha rahat və sürətli şəkildə həyata keçirə bilərlər. Beləliklə, SMS kodunu gözləməyə və onu ayrıca daxil etməyə ehtiyac qalmır.
Qeyd edək ki, indiyədək pul köçürmələri 3D təhlükəsizlik kodu və birdəfəlik SMS kodu vasitəsilə təsdiqlənirdi. Yeni imkan təsdiq prosesini sadələşdirməklə yanaşı, təhlükəsizliyi də əvvəlki kimi qoruyur.
SİMA İmza ilə təsdiqləmə funksiyası yalnız SİMA İmza ilə qeydiyyatdan keçmiş müştərilər üçün əlçatandır. Digər istifadəçilər köçürmələrini əvvəlki qaydada 3D təhlükəsizlik kodu vasitəsilə təsdiqləyə bilərlər.
Daim ən son rəqəmsal yeniliklər və bank məhsulları təqdim edən Kapital Bank-ın əmtəə nişanı olan Birbank, 3 milyondan çox aktiv istifadəçisi olan mobil tətbiqi, 118 filial, 50 şöbədən və 15 Rəqəmsal Mərkəzdən ibarət Azərbaycanda ən böyük filial şəbəkəsi ilə müştərilərinin xidmətindədir. Birbankın məhsul və xidmətləri barədə daha ətraflı məlumat almaq üçün birbank.az saytına, 196 Əlaqə Mərkəzinə və ya Bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə müraciət edə bilərsiniz.
-
Dünya10:54Netanyahu orduya və "Mossad"a əmr verdi: İranda rejim devrilməlidir
-
Region10:42Erməni nazirlər Zəngəzur dəhlizinə görə Sünikə gəldilər - Tikinti başlayır?
-
Nida Xəbər 09:34Ermənistan Yaşar Qasımovu Azərbaycana qaytarır: Sərhədi necə keçib?
-
Yaxın Şərq09:24Hörmüz od içində: Bir gecədə 3 tanker minaya düşdü
-
ABŞ08:12ABŞ və İsrailin İrana yeni hücum planı - Hədəflər bəlli oldu
-
ABŞ04:30ABŞ bu ölkədən bəzi dövlət qulluqçularını təxliyə edir
-
Qoroskop01:20Günün ulduz falı: tənqidlərlə üzləşməli olacaqsız...
-
İdman21 Oktyabr 21:00Məlumat sızdı: “Qızıl top” bu futbolçuya veriləcək?







.jpg)

.jpg)












.jpg)














