İqtisadi gündəm
Azərbaycanda benzin və dizellə işləyən maşınlarla bağlı qərar verildi
Azərbaycanda daxili yanma mühərrikli minik avtomobilləri pilləli şəkildə istifadədən çıxarılacaq. Təşəbbüs “Azərbaycanın Uzunmüddətli Aşağıkarbonlu İnkişaf Strategiyası” çərçivəsində reallaşdırılacaq.
Publika.az xəbər verir ki, strategiyaya əsasən, 2035-ci ilədək ekoloji standartlara cavab verməyən ənənəvi avtomobil parkının ilkin mərhələdə yenilənməsi planlaşdırılır. Bu dövrdə xüsusi təşviq proqramları sayəsində sərnişin daşımalarında elektromobillərin payı əhəmiyyətli dərəcədə artırılacaq.
2060-cı ilə qədər olan hədəf isə ölkədəki bütün sərnişin avtomobillərinin tam şəkildə elektrik və digər alternativ enerji mənbələrinə keçməsini təmin etməkdir. Daxili yanma mühərrikli nəqliyyat vasitələrinin istifadədən tam çıxarılması dövlətin dəstəklədiyi stimullaşdırıcı tədbirlərlə paralel aparılacaq.
Qərar təkcə avtobuslara deyil, həm şəxsi minik maşınlarına, həm deyilən kateqoriyaya aid olan bütün sərnişin avtomobillərinə şamil edilir.
Yəni ölkədə ekologiyanı qorumaq məqsədilə benzillə işləyən avtomobillərdən mərhələli şəkildə imtina ediləcək və tam olaraq elektrikli nəqliyyat vasitələrinə keçid təmin olunacaq.
-
Sosial14:05Sədr etiraz etdi: 23 yaşlı tələbənin imtiyazları niyə əlindən alınmalıdır?
-
Sosial13:26Vüsal Aslanova yeni müavin təyin olundu
-
Rəsmi xronika12:20Bu yaşayış məntəqələrinin adları dəyişdirildi
-
Nida Xəbər 12:18Paşinyan sülh müqaviləsi ilə bağlı dediklərini dandı: Təxirə salmaq olmaz
-
Nida Xəbər 12:02Milli Məclis bəyanat yaydı: Fransadakı kütləvi etirazlar zamanı...
-
Dünya11:54“Dünyanın sonu”na sayılı günlər qalıb? - 13 noyabr iddiasının elmi izahı
-
Dünya10:54Netanyahu orduya və "Mossad"a əmr verdi: İranda rejim devrilməlidir
-
Region10:42Erməni nazirlər Zəngəzur dəhlizinə görə Sünikə gəldilər - Tikinti başlayır?








.jpg)

.jpg)














.jpg)













