İqtisadi gündəm
Artıq ərzaqlar xarab olmayacaq - İnqilabi KƏŞF
Alimlər qida məhsullarının daha uzun müddət təzə qalmasına, eləcə də metal məmulatların korroziyadan qorunmasına imkan verən yeni qablaşdırma materiallarının hazırlanmasına kömək edəcək model yaradıblar.
Publika.az "RİA Novosti"yə istinadən xəbər verir ki, tədqiqat Kabardin-Balkar Universitetinin alimlərinin də daxil olduğu elmi kollektiv tərəfindən aparılıb.
Alimlərin sözlərinə görə, polimerlərin qazkeçirmə qabiliyyətini azaltmaq üçün onların tərkibinə nanometr ölçülü bərk hissəciklər əlavə edilir. Beləliklə, polimer kompozitlər əldə olunur. Bu hissəciklər qazın material daxilində hərəkət yolunu mürəkkəbləşdirir. Hissəciklərin miqdarı artdıqca, qazın materialdan keçməsi də çətinləşir.
Kabardin-Balkar Universitetinin Perspektiv Materiallar və Additiv Texnologiyalar Mərkəzinin baş elmi işçisi İqor Dolbin bildirib ki, tədqiqatda bisfenol A əsasında hazırlanmış polikarbonatdan əsas polimer kimi, qrafit və termiki reduksiya olunmuş qrafendən isə doldurucu materiallar kimi istifadə edilib. Nümunələr komponentlərin ərinti halında qarışdırılması yolu ilə hazırlanıb.
Alimin sözlərinə görə, komponentlərin struktur uyğunluğu tam olduqda, materialın nisbi qazkeçirmə qabiliyyəti yalnız hissəciklərin miqdarından asılı olur. Bu uyğunluq azaldıqda isə kompozitin qazkeçirmə qabiliyyəti təmiz polimerlə müqayisədə aşağı düşür.
İqor Dolbin qeyd edib ki, əldə olunan nəticələr polimer materialların xüsusiyyətlərini əvvəlcədən nəzəri şəkildə proqnozlaşdırmağa və hazır məhsulun hazırlanması üçün təcrübələri daha səmərəli planlaşdırmağa imkan verir. Bu yanaşma ilkin mərhələlərdə enerji və əmək sərfiyyatını azalda bilər. Modelə müəyyən düzəlişlər etməklə onu digər polimer və kompozit növlərinə də tətbiq etmək mümkündür.
Müəllif: Adəm
-
Dünya12:43İngiltərədən əhaliyə təcili xəbərdarlıq: 3 günlük ərzaq və su ehtiyatı yığın
-
Region12:17İrəvanda turistləri daşıyan avtobus aşdı - Xeyli xəsarət alan var
-
Sosial11:36Azərbaycanın Milli Qəhrəmanı Gürcüstanda saxlanıldı - FOTO
-
Rəsmi xronika11:12İlham Əliyev Hindistanın xarici işlər nazirini qəbul etdi
-
ABŞ10:18Mərhum senatorla bağlı şok iddia: 17 yaşlı 3 yeniyetmə ilə...
-
Nida Xəbər 09:57Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edildi - Şok mənimsəmə
-
İqtisadi gündəm09:13Rubl yenidən bahalaşdı - MƏZƏNNƏ
-
Enerji08:24"Brent" markalı neftin qiyməti 114 dolları keçdi


















.jpg)




.jpg)














