İqtisadi gündəm
Hörmüz boğazında təhlükəli geriləmə: Neft qiymətləri 115 dollara yaxınlaşdı
Hörmüz boğazından neft və qaz kondensatının daşınması oktyabrın ortalarında kəskin azalıb. Bu vəziyyət qlobal enerji bazarında qiymətlərin daha da yüksəlməsi riskini artırır.
Publika.az xəbər verir ki, bu barədə “İzvestiya” məlumat yayıb.
Bildirilir ki, oktyabrın 10-dan 16-dək Hörmüz boğazından gündəlik orta hesabla 7,2 milyon barel xammal və kondensat daşınıb. Bu, müharibədən əvvəlki səviyyənin təxminən yarısıdır. Sentyabrın sonunda isə göstərici rekord həddə - 10,5 milyon barelə çatmışdı.
Beləliklə, enerji daşıyıcılarının gündəlik daşınması 3,3 milyon barel azalıb və müharibədən əvvəlki səviyyənin 51 faizinə düşüb.
Analitiklər azalmanı əsasən İranın regionun strateji əhəmiyyətli boğazında tankerlərə hücumlarının intensivləşməsi ilə əlaqələndirirlər. Təhlükəsizlik riskləri səbəbindən logistika şirkətləri yüklərin bir gəmidən digərinə ötürülməsi sxemindən daha çox istifadə etməyə başlayıblar. Kiçik gəmilər təhlükəli ərazidən keçdikdən sonra xammalı tankerlərə ötürürlər. Bu məqsədlə Birləşmiş Ərəb Əmirliklərinin Füceyrə və Omanın Sohar limanları əsas məntəqələrə çevrilib.
Ticarət gəmilərinə hücumların artması fonunda dünya bazarında neftin qiyməti də yüksəlib. Oktyabrın 22-də Brent markalı neftin qiyməti ticarət zamanı bir barel üçün 113 dolları ötüb, sonradan isə 115 dollara yaxınlaşıb.
Ekspertlər xəbərdarlıq edirlər ki, regionda gərginliyin yenidən artması neft qiymətlərinin daha da yüksəlməsinə səbəb ola bilər.
Müəllif: Adəm Abbaslı
-
Dünya12:43İngiltərədən əhaliyə təcili xəbərdarlıq: 3 günlük ərzaq və su ehtiyatı yığın
-
Region12:17İrəvanda əcnəbiləri daşıyan avtobus aşdı - Xeyli xəsarət alan var
-
Sosial11:36Azərbaycanın Milli Qəhrəmanı Gürcüstanda saxlanıldı - FOTO
-
Rəsmi xronika11:12İlham Əliyev Hindistanın xarici işlər nazirini qəbul etdi
-
ABŞ10:18Mərhum senatorla bağlı şok iddia: 17 yaşlı 3 yeniyetmə ilə...
-
Nida Xəbər 09:57Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edildi - Şok mənimsəmə
-
İqtisadi gündəm09:13Rubl yenidən bahalaşdı - MƏZƏNNƏ
-
Enerji08:24"Brent" markalı neftin qiyməti 114 dolları keçdi
















081218_2.jpg)








.jpg)














