İqtisadi gündəm
Maşın bazarında durğunluq: Qiymətlər isə... - VİDEO
Payız mövsümünün gəlməsi ilə avtomobil bazarında durğunluq yaşanır.
Publika.az Xəzər TV-yə istinadla xəbər verir ki, satıcılar alıcıların azalmasına baxmayaraq, qiymətlərdə ciddi dəyişikliyin olmadığını bildiriblər.
Maşın almaq istəyənlərin əsas seçimi isə mühərriki kiçik, yanacağa qənaət edən və daha çox çin istehsali olan avtomobillərdir.
Hazırda avtomobil bazarında satıcı çox, alıcı isə çox azdır.
Satıcılar avtomobillərini günlərlə satışa çıxarsalar da, real alıcı tapmaqda çətinlik çəkdiklərini deyirlər. Xüsusilə payızın gəlişindən sonra bazarda alıcılıq qabiliyyətinin zəiflədiyi bildirilir.
Satıcılar deyirlər ki, qiymətlərdə ciddi dəyişiklik müşahidə olunmur. Alıcı az olsa da, avtomobil sahibləri qiymətləri kəskin endirməyə tələsmirlər. Belə vəziyyətdə bazarda əsas sual budur: alıcılar hansı avtomobilləri axtarırlar?
Bazarda olan azsaylı alıcıların bir qismi geniş salona və çətin hava şəraitində istifadəyə uyğun avtomobillərə üstünlük verir.
Alıcılar seçim edərkən daha çox yanacaq sərfiyyatını, avtomobilin saxlanma xərcini və qiymətini nəzərə alırlar. Satıcılar hesab edirlər ki, Yeni il öncəsi bazarda nisbətən də olsa canlanma ola bilər.
-
Qoroskop00:45Günün ulduz falı: Kiçik detalları gözdən qaçırmamağa çalışın
-
Dünya22 Noyabr 18:36300 işçinin çalışdığı şirniyyat fabriki külə döndü: Ölənlərin kimliyi DNT ilə müəyyən ediləcək - Yeniləndi
-
İdman22 Noyabr 16:58Polis keçmiş xokkeyçini güllələyərək öldürdü
-
MDB22 Noyabr 15:30Bir gündə mindən çox döyüşçü itirdilər
-
Magazin222 Noyabr 15:03Məşhur müğənni çayxanada konsert verdi, polis obyekti bağladı - VİDEO
-
Sağlamlıq22 Noyabr 14:27Bahalı kürüyə pul xərcləməyə dəyərmi? – Həkimdən vacib tövsiyə
-
Əmlak22 Noyabr 14:00Talıbovun 73 milyonluq villası üzə çıxdı - FOTO
-
MDB22 Noyabr 12:56Toyda atəş açdı, 4 nəfər saxlanıldı - VİDEO
















.jpg)



















