İqtisadi gündəm
Akademik Ramiz Mehdiyev 77 yaşında
Bu gün Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbəri, Azərbaycan Respublikasının Həqiqi Dövlət müşaviri, Azərbaycan Milli Elmlər Akademiyasının akademiki Ramiz Mehdiyevin doğum günüdür.
Publika.az-ın məlumatına görə, akademik Ramiz
Mehdiyev 1938-ci il aprelin 17-də anadan olub.
1957-ci ildə Bakı Dənizçilik məktəbini bitirdikdən sonra “Xəzər
neftdonanma” idarəsinin gəmilərində maşinist işləyib.
Ramiz Mehdiyev 1961-ci ildə S.M.Kirov adına ADU-nun tarix fakültəsinə daxil olub, 1965-ci ildə beşinci kurs tələbəsi olmasına baxmayaraq, Azərbaycan LKGİ MK-nin tələbə şöbəsinə təlimatçı vəzifəsinə irəli sürülüb. 1965-1967-ci illərdə Naxçıvan komsomol vilayət komitəsinin ikinci katibi işləyib.
1968-ci ildə M.V.Lomonosov adına MDU-nun fəlsəfə fakültəsinin aspiranturasına daxil olub. 1977-ci ildə MDU-nun elmi şurasının iclasında fəlsəfə elmləri namizədi elmi dərəcəsi almaq üçün yazdığı disertasiyasını müdafiə edib.
1972-ci ildə ADU-nun elmi kommunizm kafedrasında əvvəlcə müəllim, sonra baş müəllim işləyib. 1974-cü ildə Azərbaycan KPMK-nın aparatında təbliğat təşviqat şöbəsinə mühazirəçi qismində cəlb olunur. 1976-cı ildə Azərbaycan KPMK-nın elm və təhsil müəssisələri şöbəsinə müdir təsdiq olunub.
1978-ci ildə 26 Bakı komissarı RK-nə birinci katib seçilib.
1980-cı ilin iyununda elm və təhsil şöbəsinə müdir, 1981-ci ilin yanvarında isə Azərbaycan KPMK-nin təşkilati-partiya işi şöbəsinə müdir təyin edilib.1988-ci ilin iyunundan AMEA İctimai-Siyasi Tədqiqatlar və İnformasiya İnstitutunda şöbə müdiri işləyib.
1993-cü ildən fəlsəfə elmləri doktoru olan akademik Ramiz Mehdiyev
1994-cü ilin fevralında Azərbaycan Respublikasının Prezidenti
Heydər Əliyev tərəfindən Prezident Aparatının şöbə müdiri, 1995-ci
ilin fevralında isə Prezident Aparatının rəhbəri təyin edilib.
2009-cu ildən respublika konstitusiyasına dəyişikliklərlə əlaqədar
olaraq Azərbaycan Respublikası Prezidenti Administrasiyasının
rəhbəridir.
2001-ci ildə Nyu-York EA-nın üzvü seçilib. 100-dən çox elmi
məqalələrin müəllifidir (milli və sosial-siyasi münasibətlər,
müasir Azərbaycan, dövlət və cəmiyyətinin inkişafı və digər
mövzularla bağlı).
2007-ci ildə Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvü, akademik seçilib.
2008-ci ildə mart ayında “Gələcəyin strategiyasını müəyyənləşdirərkən: modernləşmə xətti” adlı yeni kitabı çapdan çıxıb.
R. Mehdiyevin “Gorus-2010: Absurd Teatr mövsümü”, “Dağlıq Qarabağ:
məxəzlərdən oxunmuş tarix”, “Ermənilərin mif yaradıcılığı tarixdə
ilk xristian dövləti kontekstində” kimi kitabları Ermənistan
yalanlarının dünyada ifşa olunmasında mühüm rol oynayıb.
-
Region15:59
Nazir müavininin oğluna 7 il həbs cəzası verildi
-
Sosial15:10
Cəsarət Valehova vəzifə verildi
-
Hadisə14:33
Azərbaycanlı vəkil həbs edildi
-
Nida Xəbər 13:43
Axırda Köçəryanı, Sarkisyanı göstərəcəklər: Simonyan sərhəddəki aksiyanı ələ saldı
-
Rəsmi xronika12:50
İlham Əliyev bu sazişi təsdiqlədi
-
Rəsmi xronika12:31
Bu şəxslər cəzalandırılacaq
-
ABŞ12:08
ABŞ-da sensasion plan: Bayden namizədliyini geri götürür, Obama...
-
Sosial11:48
Bu şəxslərə 1380 manat ödəniş edilir