Ərəb turist “Tarqovı”da öldü
Bizi izləyin

Hadisə

Ərəb turist “Tarqovı”da öldü

Bakıda qonaq olan Birləşmiş Ərəb Əmirlikləri vətəndaşı qəfil ölüb.

Bakıda qonaq olan Birləşmiş Ərəb Əmirlikləri vətəndaşı qəfil ölüb.

Publika.az-ın lent.az-a istinadən verdiyi məlumatına görə, hadisə Nəsimi rayonu, Nizami küçəsi 61 ünvanının qarşısında – "Tarqovı” məhəlləsi adlanan yerdə baş verib.

BƏƏ vətəndaşı, 1963-cü il təvəllüdlü Abdulla Xatın İbrahim yeriyərkən qəfil halı pisləşib və yıxılıb.

Təcili tibbi yardım briqadası gəlincə, o keçinib.

Ölüm faktı ilə bağlı araşdırma aparılır. A.İbrahimin Bakıya turist kimi gəldiyi bildirilir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm