Hadisə
Müəllimənin əri tərəfindən yandırılmasının ŞOK TƏFƏRRÜATI (YENİLƏNİB)
Mahrızlı kənd İcra nümayəndəliyindən Publika.az-a bildirib ki, hadisə Kima Vəliyeva həyətdəki zibillərə od vurarkən baş verib.
Həyətdə zibilləri yandırarkən paltarı alışıb. Paltarını soyunana qədər bədənin müəyyən hissələri, xüsusən də ayaq nayihəsi yanıb. O, Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Bədənində 3-cü dərəcəli yanıq olduğu bildirib, hazırda xəstəxanada müalicə alır. Lakin həkimlər vəziyyətini normal qiymətləndirir.
***
Ağdam rayonunda orta məktəb müəlliminin həyat yoldaşı tərəfindən yandırılması ilə bağlı təfərrüatlar məlum olub.
Lent.az-ın əldə etdiyi məlumata görə, əri tərəfindən yandırılan
56 yaşlı Kima Vəliyeva rayon xəstəxanasına yerləşdirilib və müalicə
olunur.
Hadisənin səbəblərinə gəlincə, bildirilir ki, K.Vəliyeva və həyat
yoldaşı arasında xeyli müddət idi narazılıq varmış. Həyat yoldaşı
İsmayıl Vəliyev xanımından evi tərk etməsini tələb edirmiş. Qadın
isə çıxıb getməyə yerinin olmadığını, ailəsinin dağılmasını
istəmədiyini deyib.
Bu gün növbəti dəfə eyni mövzuda mübahisə düşüb və xanımının
getmədiyini görən İsmayıl onun dəftər-kitablarını yerə tökərək
yandırmağa çalışıb. Kənd məktəbində müəllim işləyən qadın isə buna
mane olmağa çalışıb və özünü yanan kitab-dəftərin üstünə atıb. Elə
bu zaman 56 yaşlı qadın müxtəlif dərəcəli xəsarətlər alıb.
Faktla bağlı araşdırma aparılır.
***
Ağdamda ər arvadını yandırıb.
Hadisə rayonun Mahrızlı kəndində qeydə alınıb. Yanıq xəsarəti ilə Ağdam Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilən Vəliyeva Kima Zaman qızı polisə ilkin ifadəsində həyat yoldaşı İsmayıl Əliyev tərəfindən yandırıldığını bildirib.
Ağdam Rayon Polisi İdarəsindən verilən xəbərə görə, İ.Əliyev arvadı, K.Vəliyevanın üstünə benzin tökdükdən sonra od vurub.
K. Vəliyevanın müəllim olduğu bildirilir.
Faktla bağlı araşdırma aparılır. (apa)
Gülxar
-
Dünya03:19Müharibədə ilk yaşandı: Bəhreyndən İrana ballistik raket atıldı
-
Qoroskop01:40Günün ulduz falı: Sevgidə gizli hisslər üzə çıxa bilər
-
Hadisə13 Mart 23:55Tibb bacısı dedi ki, ciyər kababı al gətir... - Doğuşdan sonra ölən Röyanın qohumları danışdı
-
Elm və təhsil13 Mart 22:06Buraxılış imtahanı sualları ilə bağlı şikayətlərə DİM sədrindən cavab
-
ABŞ13 Mart 20:48Müharibəni sümüklərimdə hiss etdiyim zaman... - Trampdan anons
-
Hadisə13 Mart 20:00Bakıda bu ərazidə yanğın baş verdi - Yeniləndi
-
İnanc13 Mart 19:50Ramazan ayının iyirmi dördüncü günü: İmsak və iftar vaxtı, günün duası
-
Nida Xəbər 13 Mart 18:50Prezident təsdiqlədi: ictimai yerlərdə elektron siqaret çəkənlər...






.png)



























