İdman
Rəsmən açıqlandı: Özcan ayrılır
Müdafiəçi Niklas Süle və yarımmüdafiəçi Salih Özcan mövsümün sonunda “Borusiyya”dan ayrılacaq.
Publika.az xəbər verir ki, bu barədə “Borussiya Dortmund”un mətbuat xidməti məlumat yayıb.
Mətbuat xidməti “Borussiya”nın baş direktoru Lars Rikenin sözlərini sitat gətirib: “Bu həftə hər ikisi ilə çox açıq və konstruktiv müzakirələr apardıq. Nəticədə, Niklas və Salihlə mövsümün sonunda yollarımızı ayırmaq barədə razılığa gəldik”.
Süle 2022-ci ilin yayından bəri “arılar”da oynayır. Bu müddət ərzində müdafiəçi bütün yarışlarda 108 oyun keçirib, üç qol vurub və beş məhsuldar ötürmə edib. Özcan 2022-ci ilin yayından bəri “Borussiya”dadır. O, 92 oyun keçirib və iki məhsuldar ötürmə edib.
-
ABŞ19:10Tramp İrana qarşı blokadanın qüvvəyə mindiyini elan etdi - Yaxınlaşsalar, dərhal məhv edəcəyik!
-
Ekologiya18:50Aprelin 13-dən 19-dək... - Rəsədxanadan xəbərdarlıq
-
Hadisə18:10Böyük Mərdəkan qəsri çökdü - Foto
-
Sosial17:29Xalq artisti vəfat etdi
-
Dünya17:27Hörmüz böhranında yeni mərhələ: Neftin qiyməti 150 dollara çatacaq
-
Sosial16:38Mehman Nəsibov yüksək vəzifəyə təyin edildi - FOTO
-
Sosial15:03Tanınmış jurnalistə TƏBİB-də yüksək vəzifə verildi - FOTO
-
İdman14:24FIFA azarkeşləri aldadıb? - DÇ-2026-da bilet qalmaqalı






































