Hadisə
"İlin ən yaxşı müəllimi"nin intiharı qohumlarını AYAĞA QALDIRDI - - FOTO
Abşeron rayonunda 66 yaşlı müəllim özünü yaşadığı evdə asaraq intihar etməsi xəbəri onun yaxınlarını qəzəbləndirib.
Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69
Onun yaxınlarını narahat edən məsələ Azelma Mirzəyevanın intiharı ilə bağlı bəzi məqamların mediada təhrif edilməsidir.
Müəllimin danışmaq istəməyən yaxınları bir-iki cümlə ilə Publika.az-ın sualını cavablandıraraq telefonu asıb: “Bu məsələni araşdıracağıq, proses məhkəməyə qədər gedəcək. Guya 15 il bundan əvvəl yoldaşı rəhmətə gedir, Quşçuluqda yaşayır, intihar edib kimi yalan məlumatlar yayırlar. O xanım sahibsiz deyil. Bu cür yalan məlumatı kimin yaydığını araşdıracağıq”.
Müəllimənin intiharı faktını araşdıran Binəqədi rayon prokurorluğu ilə də əlaqə saxladıq. Prokurorluqdan Publika.az-a bu hadisə barədə bəzi məlumatların doğru çatdırılmadığını bildirildi.
Məlumatda qeyd olunur ki, A.Mirzəyevanın ailəli olması və 15 il əvvəl yoldaşının rəhmətə getməsi yalan məlumatdır: “O xanım, heç zaman ailələli olmayıb. Hadisə də ilkin məlumatda göstərildiyi kimi Abşeron rayon ərazisində baş verməyib. Hazırda hadisə ilə bağlı istintaq aparılır. Bizim ilkin məlumatda onun intihar etdiyi qeyd edilib. Hadisənin səbəbi və digər faktlar araşdırılacaq”.
297 saylı orta məktəbdən verilən məlumata görə, A.Mirzəyeva 2015-ci ildə təqaüdə çıxıb. O, 2002-ci ildə respublika üzrə "İlin ən yaxşı müəllimi" 2-ci dərəcəli diplomunu qazanıb.
Gülxar
-
Hadisə01:11Şəkidə faciəvi şəkildə ölən Ucal bu qurumun ƏMƏKDAŞI İMİŞ
-
İdman00:15"Qarabağ"dan gedən Abdullah Zubirlə bağlı YENİ XƏBƏR
-
Qoroskop00:00Günün ULDUZ FALI - Sevgi həyatınızda xoş sürprizlər ola bilər
-
Magazin18 Sentyabr 23:48Nuranın oğlu bu ölkədə təhsil alacaq
-
Hadisə8 Sentyabr 23:36“Şəki yaylası”nda həyatını itirən Coşqunla Ucalın FOTOLARI
-
Dünya8 Sentyabr 23:00BMT Trampın Aya dair iddialarına cavab verdi
-
Hadisə8 Sentyabr 21:24“Şəki yaylası”nda 2 nəfərin ölməsi ilə bağlı araşdırma aparılır - YENİLƏNDİ
-
Avropa8 Sentyabr 20:24Oyuncaq setində Azərbaycan və Ermənistan bayrağı - FOTO
















.jpg)




.jpg)




.png)




