Hadisə
İtkin neftçilərin ailə üzvləri hadisə yerində - FOTO
“Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin “Azneft” İstehsalat Birliyinin Neft yığım məntəqəsində baş vermiş hadisə ilə əlaqədar Dövlət Dəniz Admnistrasiyasının Gəmilərin Hərəkətinin İdarəolunması Milli Mərkəzində Fövqəladə Hallar Nazirliyi, Müdafiə Nazirliyi, Dövlət Sərhəd Xidməti, Dövlət Dəniz Administrasiyası, SOCAR və Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi QSC-nin aparıcı mütəxəssislərindən ibarət tərkibdə yaradılan Qərargah tərəfindən təsdiq edilən plana uyğun olaraq, müəyyən edilən sektorlar üzrə axtarış-xilasetmə əməliyyatları davam etdirilir.
Qərargahdan Publika.az-a verilən məlumata görə, baş vermiş hadisə zamanı itkin düşən neftçilərin ailə üzvləri, axtarışların gedişatı ilə yaxından tanış olmaq üçün, Dövlət Dəniz Administrasiyasının Uzaq Məsafədən Taninma və İzləmə Milli Mərkəzində yaradılan axtarış – xilasetmə qərargahında olublar. Qərargahda bildirildi ki, axtarış əməliyyatları, fasiləsiz həyata keçirilən tədbirlər dövlət başçısının daim diqqətindədir və Prezidentin göstərişinə əsasən Fövqəladə Hallar Nazirliyi, Müdafiə Nazirliyi, Dövlət Sərhəd Xidməti, Dövlət Dəniz Administrasiyası, SOCAR və Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi QSC-nin aparıcı mütəxəssislərindən ibarət tərkibi, axtarışlarda iştirak edən hər bir nümayəndə, təmsil olunduqları qurumlara məxsus müasir tələblərə cavab verən maddi texniki baza istifadə olunmaqla nefçilərin tezliklə tapılması üçün səylərini səfərbər ediblər.
Milli Mərkəzdə ən müasir tələblərə cavab verən axtarış — izləmə
sistemlərinin quraşdırıldığını vurğulayan Dövlət Dəniz
Administrasiyasının rəisi, hadisənin baş verdiyi rayonda hava
şəraitinin, küləyin, sualtı və suüstü axıntıların istiqamətinin,
sürətin hər an təhlil olunduğunu və axtarış-xilasetmə zonasının
daha da genişləndirilməsi barədə qərar qəbul edilərək,
əməliyyatların uzunluğu 165 km, eni isə 135 km olan geniş ərazidə
həyata keçirildiyini dedi. Bir daha vurğulandı ki, axtarış –
xilasetmə qərargahı, itkin düşən neftçilərin hər bir ailə üzvünə
əməliyyatların gedişatı ilə yerində tanış olmaq imkanını yaradıb.
Bu gün ailə üzvləri axtarış – xilasetmə əməliyyatlarını izləmək
üçün hadisə yerində də olub.
İtkin düşən neftçilərin ailə üzvləri, Azərbaycan Xəzər Dəniz
Gəmiçiliyi QSC-nin gəmilərinin, SOCAR-ın Dalğıc və Qəza-xilasetmə
İşləri İdarəsinin “Avior” dalğıc gəmiləri və digər yardımçı dalğıc
gəmilərinin, Dövlət Sərhəd Xidməti, Fövqəladə Hallar və Müdafiə
Nazirliklərinin ümumilikdə 44 gəmi və üzən vasitələrinin, 6
helikopterinin, Fövqəladə Hallar Nazirliyinin Regional Mərkəzləri
və N saylı hərbi hissələrindən 191 nəfər şəxsi heyətin də daxil
olmaqla ümumilikdə 700 – dən artıq canlı qüvvənin və nazirliyin
Sularda Xilasetmə Xidmətinin dalğıclarının sektorlar üzrə, eyni
zamanda Bulla, Duvvanı, Gil adalarında və sahil boyu vizual
axtarışları davam etdirməsinin, SOCAR – ın Dalğıc və Qəza-xilasetmə
İşləri İdarəsi dalğıclarının estakadanın uçub dənizə töküldüyü
yerdə 24 saat boyunca növbəli şəkildə, intensiv olaraq təmizlənmə
işləri aparmasının, ilk gündən axtarış – xilasetmə əməliyyatlarına
cəlb olunan “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-yə məxsus,
göyərtəsində müasir heyətsiz “ROV” sualtı aparatlar quraşdırılan
“Məmməd Süleymanov” “Təbriz Xəlilbəyli” axtarış – xilasetmə
gəmilərinin, uçmuş estakadaların ərazisində 24 saat sualtı video
axtarış əməliyyatlarını davam etdirməsinin şahidi oldular.
-
Ekologiya02:00
Güclü maqnit qasırğası başladı - Nələr olacaq?
-
İdman01:10
Mbappe gedəcəyini elan etdi - Bu oyunda vida mərasimi olacaq
-
Qoroskop00:43
Günün qoroskopu: planlar pozulacaq - Bunları edin!
-
İdman10 May 23:46
Lalə Kramarenko: Azərbaycanın təklifini qəbul etmək xəyanət olar
-
Sosial10 May 23:34
Dünya rekordçusu olan laçınlı nənə Heydər Əliyevlə bağlı xatirələrini bölüşdü - VİDEO
-
Ekologiya10 May 23:10
Günəşdə 25 ilin ən güclü partlayışı baş verdi
-
Art10 May 22:21
Murad Muradov süni nəfəs aparatına qoşulub - YENİLƏNDİ
-
Elm və təhsil10 May 22:00
Abituriyentlərin NƏZƏRİNƏ: nəticələr elan olundu