Hadisə
Azərbaycanda satılan maşının İtaliyada oğurlandığı üzə çıxdı - ŞOK TƏFƏRRÜAT
Azərbaycanda maşın aldı, Rusiyaya gedəndə oğurluq olduğunu öyrəndi.
Məlum oldu ki, 10 min manata aldığı avtomobil 8 il əvvəl
İtaliyada oğurlanaraq satılıb.
Rüstəm Əliyev ötən ilin martında Rövşən Kazbekov adlı şəxsdən 10
min manata avtomobil alıb. Pulu ödəyib və avtomobili öz adına
keçirmək üçün yol polisinə müraciət edib. Burada da həmin avtomobil
Rüstəm Əliyevin adına keçirblər.
Bundan sonra həmin avtomobillə Rusiya Federasiyasına səfərə gedən
Rüstəm Əliyevi sərhədi keçdikdən sonra yol polisi saxlayıb və ona
avtomobilin oğurluq olduğu deyilib.
Kor-peşman avtomobilsiz Azərbaycana qayıdan Rüstəm Əliyev deyir ki,
onu satan Rövşən Kazbekovla əlaqə saxlayaraq avtomobilin oğurluq
olduğunu bildirib. Ancaq ona cavab verilib ki, maşın oğurluq ola
bilməz, əgər olsaydı yol polisi onu adına sənədləşdirməzdi. Sonra
isə Rüstəm Əliyev maşını onun adına keçirən yol polisinə müraciət
edib. Oradan isə bildirilib ki, yanlışlıq olub.
Baş Dövlət Yol Polisi İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin
rəisi Kamran Əliyev isə bildirdi ki, işində nöqsana yol verərək
həmin avtomobil haqqında alıcıya yanlış məlumat verən şəxs idarənin
texniki işçisi olub. Bu səhvinə görə, o, intizam tənbehinə cəlb
olunaraq cəzalandırılıb. Həmin şəxsə dəyən ziyana gəldikdə isə, o,
bunu məhkəmə yolu ilə Baş Dövlət Yol Polisi İdarəsindən tələb edə
bilər.
(xezerxeber)
-
Qoroskop01:40Günün ulduz falı: detallara fokuslanmaq vaxtıdır
-
ABŞ00:55ABŞ İranla müharibəyə hər gün sərvət xərcləyir - İnanılmaz rəqəm
-
Dünya00:15Fidan Rubio ilə İranın atdığı raketi müzakirə etdi
-
Region4 Mart 21:39İranın Türkiyəyə raket atmasına Ərdoğandan reaksiya
-
Region4 Mart 20:12Xameneinin ölümündən əvvəl hazırladığı, regionu xaosa sürükləyəcək şok plan
-
Elm və təhsil4 Mart 20:00Ölkə məktəblərində bu qidaların satışı qadağan edildi - Siyahı
-
İnanc4 Mart 19:40Ramazanın 15-ci günü: Dua, imsak və iftar vaxtı
-
ABŞ4 Mart 19:30ABŞ-ın yeni hərbi qüvvələri bölgəyə göndərilir, İranın sonu çatıb - Pit Heqset












.jpg)





.jpg)












.jpg)





