İdman
Azarkeş oyun zamanı Zubirlə şəkil çəkdirmək istədi - “Qarabağ”ı cəza gözləyir?
Futbol üzrə Azərbaycan Kubokunun 1/4 final mərhələsinin cavab oyununda çərçivəsində keçirilən “Qarabağ” - “Şamaxı” matçında qeyri-adi hadisə yaşanıb.
Publika.az Teleqraf-a istinadən xəbər verir ki, Tofiq Bəhramov adına Respublika stadionunda baş tutan qarşılaşmanın 90+3-cü dəqiqəsində tribunadan bir azarkeş meydana daxil olaraq “Qarabağ”ın fransalı futbolçusu Abdullah Zubirlə şəkil çəkdirmək istəyib.
Ağdam klubununun hücum epizodu zamanı baş verən hadisə zamanı 35 yaşlı yarımmüdafiəçi təəccübünü gizlətməyib. O, azarkeşin istəyini yerinə yetirməyə çalışsa da, komanda ilə birlikdə hücuma qoşulmalı olub.
Təhlükəsizlik tədbirlərini lazımi səviyyədə təşkil etmədiyinə görə “Qarabağ”ın AFFA tərəfindən cərimələnəcəyi istisna deyil.
Qeyd edək ki, “Qarabağ” “Şamaxı”nı iki oyunun nəticəsinə əsasən 4:3 hesabı ilə məğlub edərək yarımfinala vəsiqə qazanıb.
-
Dünya08:49Fişəng fabrikində dəhşətli partlayış - 21 nəfər öldü
-
Hadisə07:55Gəncədəki yanğın tam söndürüldü - Video/Yeniləndi
-
ABŞ03:18Bunu etsələr, yer üzündən silinəcəklər! - Trampdan İrana xəbərdarlıq
-
Magazin102:43Nəsrinin toy fotoları
-
Qoroskop02:00Günün ulduz falı: gözlənilməz fürsətlər yarana bilər
-
ABŞ01:40Ağ Ev yaxınlığında atışma: xəsarət alan var
-
Dünya4 May 23:55Zelenskidən atəşkəs qərarı
-
Dünya4 May 20:24İran BƏƏ-yə hücum etdi, güclü yanğın başladı





























.png)


.jpg)



