Cənubi Qafqaz
İrəvanda qarğıdalı və "peraşki" davası, Tbilisidə aksiya - Bakı xilaskara çevrildi
Rusiyanın "Moskovskiy komsomolets" qəzeti İran müharibəsində Cənubi Qafqazın üç ölkəsinin – Azərbaycan, Gürcüstan və Ermənistanın tutduğu mövqeyə dair məqalə yayımlayıb.
Publika.az xəbər verir ki, məqalədə Azərbaycanın humanitar səyləri xüsusilə vurğulanır.
Qəzet yazır ki, İran müharibəsində qeyd olunan ölkələr müəyyən çətinliklərlə üzləşib: "Cənubi Qafqaz respublikaları tamamilə fərqli davranış modeli nümayiş etdirdilər. Azərbaycan, Ermənistan və Gürcüstan liderləri gözləmə mövqeyi tutdu, lakin böhranın nəticələrinin aradan qaldırılmasında regional xilaskar və himayədar rolunu Bakı oynadı. Müharibənin ilk günlərindən etibarən Azərbaycan təkcə öz vətəndaşlarının deyil, həm də yüzdən çox Rusiya vətəndaşının, eləcə də İranda xarici diplomatik nümayəndəliklərinin əməkdaşlarının təxliyəsinə kömək etdi. Azərbaycandan sərhədi keçən qaçqınların sayı artıq 600 nəfərdən çoxdur".
Məqalədə Ermənistan hakimiyyətinin davranışları tənqid olunur.
"Ermənistan hökuməti şənbə günü Təhlükəsizlik Şurasını yenidən çağırdı, lakin heç bir qərar, yaxud geniş bəyanat verilmədi. Bu, İranla strateji əməkdaşlıqla bağlı son bəyanatlar fonunda baş verir. İranın Ermənistandakı səfiri sərhəddə qaçqınların cəmləşmədiyini deməklə ictimaiyyəti sakitləşdirməyə çalışsa da, ölkə daxilində hökumətin hərəkətləri narazılıq doğurub. Qonşu İranda müharibənin başlandığı gün baş nazir Nikol Paşinyanın keçirdiyi seçki kampaniyası tənqid fırtınasına səbəb oldu. Jurnalistlərin regionda qarışıq bir dövrdə baş nazirin "peraşki" və qarğıdalı yeməsi" haqda tənqidi sualına tuş gələn ədliyyə naziri Srbuhi Qalyan "Əgər qarğıdalı və "peraşki" sevmirsinizsə, bu sizin probleminizdir" cavabı ilə qaçmağa çalışdı" - məqalədə qeyd olunur.
Qəzet regionda müharibədən ən çox zərər görən ölkənin Gürcüstan olduğunu yazır.
"Hökumət vəziyyətlə bağlı ümumi narahatlığını bildirdi. Gürcüstan müxalifəti isə bundan maksimum istifadə etməyə çalışır. Misal üçün, həbsdə olan Saakaşvili İranın dini lideri Əli Xameneinin ölümünə sevinərək, bunun bir gün Gürcüstanda baş verməsi arzusunu dilə gətirdi. Tbilisidə yerli müxalifət isə ABŞ-İsrail koalisiyasının addımlarına dəstək mitinqi keçirdi. İran səfirliyinin qarşısında keçirilən aksiyada müxalifət ABŞ bayrağını qaldırıb, Xameneinin asılmış heykəlini sərgiləyib və Tehrana qarşı şüarlar səsləndiriblər. Hadisənin kuliminasiya nöqtəsi isə İran səfirliyində baş verib. Orada olan bir İran vətəndaşı konsulluq şöbəsinin pəncərəsini sındırıb", - deyə məqalədə vurğulanır.
Asif
-
Region01:11Türkiyə münaqişə tərəflərindən hansı cavabı gözləyir? - Fidan AÇIQLADI
-
Qoroskop00:45Günün ULDUZ FALI - Qəti qərarlar verməkdən çəkinin
-
Avropa19 Sentyabr 23:36Corabları ilə Zelenskinin diqqətini yayındırdı - VİDEO
-
Magazin219 Sentyabr 22:4861 yaşlı Monika Belluççi dərin dekolteli libasda
-
Region19 Sentyabr 22:24"Kaşif Kozinoğlu işi" böyüyür - Daha 4 nəfər həbs edildi
-
Magazin219 Sentyabr 20:24“Uzak şehir”in ulduzu Şövkət Ələkbərovanı dinlədi - VİDEO
-
İdman19 Sentyabr 19:36Premyer Liqa: "Turan Tovuz" "Zirə"ni məğlub etdi
-
MDB19 Sentyabr 19:12Sabiq nazir iki ay müddətinə həbs edildi
































.jpg)



