Goranboyda avtomobil qadını vurdu
Bizi izləyin

Hadisə

Goranboyda avtomobil qadını vurdu

Goranboyda avtomobil qadını vurdu.

Goranboyda yolu süpürən qadını avtomoibl vurub.

Publika.az xəbər verir ki, hadisə Goranboy şəhərində qeydə alınıb. Rayon sakini, Kommunal müəssisələr kombinatının süpürgəçisi 1958-ci il təvəllüdlü Nağıyeva Rahilə İsa qızı yolu süpürərkən avtomobillə vurulub. Bud sümüyünün sınığı və müxtəlif bədən xəsarətləri alan qadın Goranboy Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Vəziyyətinin orta ağır olduğu bildirilir. Məlumata görə, qadını vuran “VAZ 2106” markalı avtomobil hadisə yerindən uzaqlaşıb.

Faktla bağlı Goranboy rayon Polis Şöbəsində araşdırma aparılır.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm