Hadisə
Polis Göyçayda qəza törətdi - Ölən var - - FOTO
Göyçay rayonunda 1 nəfərin ölümü ilə nəticələnmiş yol nəqliyyat hadisəsi baş verib.
Publika.az "Report"a istinadən xəbər verir ki, hadisə saat 20:46 radələrində, Bakı-Şamaxı-Yevlax magistral yolunun Göyçay rayonunun Bığır kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.
Belə ki, Göyçaydan İsmayıllı rayonu istiqamətinə hərəkət edən Məhəmməd Quliyevin idarə etdiyi "Mercedes" markalı minik avtomobili yolu keçən Göyçay rayon Qarayazı kənd sakini Eyvazov Sədiyar Bulud oğlunu vurub. Nəticədə S. Eyvazov hadisə yerindəcə dünyasını dəyişib.
Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları gəlib, faktla bağlı araşdırma aparılır. Qeyd edək ki, hadisəni törətmiş M.Quliyev İsmayıllı Rayon Polis Şöbəsinin əməkdaşıdır.
-
Ekologiya02:00
Güclü maqnit qasırğası başladı - Nələr olacaq?
-
İdman01:10
Mbappe gedəcəyini elan etdi - Bu oyunda vida mərasimi olacaq
-
Qoroskop00:43
Günün qoroskopu: planlar pozulacaq - Bunları edin!
-
İdman10 May 23:46
Lalə Kramarenko: Azərbaycanın təklifini qəbul etmək xəyanət olar
-
Sosial10 May 23:34
Dünya rekordçusu olan laçınlı nənə Heydər Əliyevlə bağlı xatirələrini bölüşdü - VİDEO
-
Ekologiya10 May 23:10
Günəşdə 25 ilin ən güclü partlayışı baş verdi
-
Art10 May 22:21
Murad Muradov süni nəfəs aparatına qoşulub - YENİLƏNDİ
-
Elm və təhsil10 May 22:00
Abituriyentlərin NƏZƏRİNƏ: nəticələr elan olundu