Zərərçəkmiş: "MTN-də məni təhqir etdilər"
Bizi izləyin

Hadisə

Zərərçəkmiş: "MTN-də məni təhqir etdilər"

Proses fasilədən sonra davam edəcək.

Milli Təhlükəsizlik Nazirliyi Monitorinq Mərkəzinin sabiq rəisi, general-mayor Teymur Quliyev, Transmilli İqtisadi Cinayətkarlığa Qarşı Mübarizə Baş İdarəsinin sabiq rəisi, general-mayor Sübahir Qurbanov, Əməliyyat-Texniki İdarənin rəisi, general-mayor Natavan Mirvətova, həmin qurumun digər vəzifəli şəxsləri Füzuli Əliyev, Zaur Məmmədov, Natiq Alıyev, Fərhad Atayev, Anar Şirəliyev, Eşqin Əliyev, Elşad Əzizovun cinayət işi üzrə məhkəmə iclası davam edib.

Teleqraf.com-un məlumatına görə, günün ikinci yarısında Bakı Hərbi Məhkəməsinin hakimi Həbib Həsənovun sədrlik etdiyi prosesdə zərərçəkmiş Ramin Babayev ifadə verib.

O, bildirib ki, MTN-də ondan pul tələb etməyiblər, MTN-də onu təhqir ediblər: "Təhqir olunsam da, döyülməmişəm. Bununla bağlı üzr istəsələr, şikayətim olmaz".

Ramin Babayev onu kimin təhqir etdiyini açıqlamayıb. O, ifadəsində qızıl alveri ilə məşğul olduğunu, buna görə MTN-ə aparldığını deyib. Bildirib ki, onlara qızıl qaçaqmalçılığında ittiham ediblər.

Proses fasilədən sonra davam edəcək.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm