Hadisə
İrandan Azərbaycana gətirilən narkotik gömrükdə tutuldu
Astara Gömrük İdarəsinin sərnişin-nəqliyyat şöbəsində İran İslam Respublikasından Azərbaycan Respublikasına idarə etdiyi minik avtomobili ilə gələn Azərbaycan vətəndaşı kinoloji xidmət iti tətbiq olunmaqla keçirilən gömrük nəzarəti zamanı saxlanılıb.
Dövlət Gömrük Komitəsindən Publika.az-a verilən məlumata görə, kinoloji xidmət itinin reaksiyasına əsasən, avtomobilə baxış keçirilib.
Baxış zamanı, həmin nəqliyyat vasitəsinin mühərrikinin aşağı hissəsində, zavod konstruksyasında nəzərdə tutulmamış, sonradan mühərrikə əlavə olaraq bərkidilmiş starterin içərisində, gömrük nəzarətindən gizlədilmiş iki ədəd bağlamada olmaqla, ümumi xalis çəkisi 1695 qram təşkil edən narkotik vasitə - heroin aşkar edilib.
Faktla bağlı araşdırma aparılır.
-
Kriminal18:30
Tanınmış modeli döyməkdə təqsirləndirilən biznesmendən xəbər var - Avropa bankının pulunu mənimsəyib?
-
İdman17:49
Dünya çempionu Messinin yanına gedir? - Müəmmalı paylaşım
-
MDB16:54
Fransız qoşunları Rusiyanın hədəfinə çevriləcək - Zaxarova hədələdi
-
MDB16:18
Rusiya ordusu Ukraynanın daha iki yaşayış məntəqəsini tutdu
-
Rəsmi xronika15:55
Prezidentlərin geniş tərkibdə görüşü oldu - Yeniləndi
-
Nida.az15:25
Prezidentin xanımı Bakıda dolma bükdü - FOTO
-
Kriminal14:53
Bakıda ər gözəllik salonunda arvadını öldürdü: “Düşündüm ki, başqası ilə...” - Şok təfərrüat
-
ABŞ14:23
Dəhşətli terror aktları olacaq: Amerikalı general hazırlıq görməyə çağırdı