• USD 1,7000 0,00% EUR 2,0120 0,00%
    • GBP 2,2300 0,00% RUB 0,0232 0,00%

Azərbaycanda itlərinə toy edən BİZNESMENDƏN SƏRT SÖZLƏR: "Həmin it o boyda şirkəti..." - FOTO/VİDEO

  • Hadisə
  • 24 Aprel 2017 13:40
  • 5 239 Baxış
Azərbaycanda itlərinə toy edən BİZNESMENDƏN SƏRT SÖZLƏR: "Həmin it o boyda şirkəti..."

Niyə insanların şəxsi həyatına müdaxilə edirlər?

Publika.az Azvision.az-a istinadla xəbər verir ki, bu sözləri itlərinə toy etdiyi deyilən iş adamı Qalib Mustafayev deyib. İş adamı həmin vaxt dostları ilə bir araya gələrək yeyib-içdiyini, zarafatlaşdığını bildirib:

“Biz 4-5 nəfər bir yerə toplaşıb, yemək yemişik, Buna haqqımız yoxdurmu? Zarafat etməyə haqqımız var. Hamı öz dostu ilə zarafat edir, deyib gülür də. Biz də öz aramızda zarafatlaşmışıq. Niyə insanların şəxsi həyatına müdaxilə edirlər? Mən 200-ə yaxın ailəyə çörək verirəm. Belə xəbərləri gözü götürməyən insanlar yayıb. İmicimə zərbə vurmaq istəyirlər. Məni gözdən salmağa çalışmasınlar. Hansı ağıllı itə toy edər?! Bu gülüncdür. Bizim itimiz, pişiyimiz, qoynumuz da var. Heyvanlar aləmini sevirik. Həmin it o boyda şirkəti qoruyur.

Kimisə işdən çıxarmışıq, bizdən heyf almaq üçün bu videonu yayıb. Bizi tanıyan tanıyır. Camaat itinə kostyum geyindirir. Burada ayıb nə var ki?”.

Qeyd edəkki, bu gün KİV-lərdə yayılan məlumata görə, Goranboy rayonunda yaşayan tanınmış biznesmen Mustafayev Qalib Hidayət oğlu Amon və İsida adlı cins itlərinə “toy” edib. Məclis bu günlərdə Goranboy rayonunda həmin iş adamına məxsus “Qalib Group” MMC-nin zavodunun həyətində baş tutub.

***

Azərbaycanda şok hadisə baş verib. Goranboy rayonunda yaşayan tanınmış biznesmen Mustafayev Qalib Hidayət oğlu Amon və İsida adlı cins itlərində toy edib.

Avtosfer.az-ın əldə etdiyi məlumata görə, toy məclisi bu yaxınlarda Goranboy rayonunda həmin iş adamına məxsus “Qalib Group” MMC-nin zavodunun həyətində baş tutub. Məclisdə çoxlu qonaqlar olub. Onların arasında vaxtilə keçmiş MTN-in Zaqatala və Goranboy rayon şöbələrinin rəisi işləmiş, “Turba Əli” kimi tanınan şəxs də olub. İş adamı itlərin toyuna qonaqları xüsusi dəvətnamə ilə çağırıb.

İş adamı əqli qüsurlu şəxsi də məclisə çağıraraq qonaqlarla birlikdə onu ələ salıb, itlərin şərəfinə sağlıq dedizdirib və onunla şit zarafatlar edərək əyləniblər. İş adamı itlərinə plov və kabab bişirtdirib. Həmin yeməklərdən qonaqlar da yeyib.

Məclisdə iştirak edən digər qonaqlar da itlərin şəninə sağlıq deyib onlara xoşbəxtlik arzulayıblar.

Məclisi aşıq idarə edib və saz və balabanla mahnılar səslənib, itlərin sağlığına xoş sözlər deyilib.

Qeyd edək ki, Qalib Mustafayevin qardaşı Xaliq Mustafayev də biznesmendir və xaricdən Azərbayana elektronika malları gətizdirir.

Qalib Mustafayev həmçinin, “Evalar”, ”Regular”, “Supermax” firmalarının rəhbəridir. Bu firmaların hamısı “Qalib Group” MMC-nin tərkibindədir. Onun “Bentley” və “Jeep Wrangler” markalı maşınlara sahib olduğu bildirilir. Oğlunun və qızının da bahalı “Porshce”, “Mercedes” və “Jeep” markalı maşınları var.

Qalib Mustafayev itlərinə toy edib pul xərclədiyi bir vaxtda onun bacısı Mustafayeva Nüşabə Hidayət qızı müxalifətin mitinqlərində iştirak edərək dolanışığının aşağı səviyyədə olmasından gileylənib. O, 35 il müəllimə işlədiyini və indi aldığı pensiyanın az olduğunu deyib.

Halal Nemət

Xəbər lenti

DAHA ÇOX XƏBƏR