Hadisə
İrandan gətirilən 18 kq narkotik müsadirə olundu
Biləsuvar Gömrük İdarəsinin Gömrük hüquqpozmalarına qarşı mübarizə şöbəsinə İrandan Azərbaycana qaçaqmalçılıq yolu ilə narkotik vasitələrin gətirilməsi, saxlanılması və daşınması barədə əməliyyat məlumatı daxil olub.
Dövlət Gömrük Komitəsinin (DGK) Mətbuat Xidmətindən Publika.az-a verilən məlumata görə, külli miqdarda narkotik vasitənin İran vətəndaşları tərəfindən qaçaqmalçılıq yolu ilə Azərbaycana gətirilməsi və ölkə ərazisində realizə edilməsi təsdiqini tapıb.
Beləliklə, külli miqdarda narkotik vasitəni Azərbaycana mütəmadi olaraq qaçaqmalçılıq yolu ilə göndərən şəxslərdən biri əməliyyat yolu ilə müəyyən edilib. Eyni zamanda, həmin şəxsin külli miqdarda gətirdiyi narkotik vasitələrin satışını ölkə ərazisindəki ortaqları olan Azərbaycan vətəndaşları vasitəsilə reallaşdırması da müəyyənləşdirilib.
Azərbaycana mütəmadi olaraq qaçaqmalçılıq yolu ilə külli miqdarda narkotik vasitə göndərən, eyni zamanda gətirdiyi narkotik vasitələri ölkə ərazisində realizə edən şəxsin azərbaycanlı ortaqlarından narkotik vasitələrin nəzarət qaydasında alınması imkanları öyrənilərək müvafiq əməliyyat qrupu yaradılıb və müvafiq əməliyyat tədbirləri həyata keçirilib.
Biləsuvar rayonunda keçirilmiş əməliyyat tədbirləri nəticəsində, Azərbaycan vətəndaşları - Rüstəmov Ayaz Murtuz oğlu və Ağabalayev Orduxan Əlyağa oğlu saxlanılıb və onlardan satmaq istədikləri 18 ədəd bağlamada ümumi xalis çəkisi 18 kq 20 qram olan narkotik vasitə - qurudulmuş marixuana aşkar edilərək götürülüb.
Faktla bağlı araşdırma aparılır.
-
Magazin207:25
İlhan Mansız azərbaycanlı xanımından olan övladının üzünü ilk dəfə göstərdi - FOTO
-
Gözəllik02:43
Onun tumu qızıl qədər dəyərli imiş... - Botoks effekti verir
-
Ekopublika.az02:19
Bakının bu ərazisi PLANA DÜŞDÜ - Tezliklə söküləcək
-
İdman01:15
Arda tarixi matçında belə qol vurdu - VİDEO
-
Qoroskop00:45
Günün qoroskopu: hadisələrin axarına müdaxilə etməyin, çünki...
-
Magazin126 Aprel 23:26
Xumar Qədimova daha bir məşhur şeiri mahnıya çevirdi - VİDEO
-
İnanc26 Aprel 23:02
Həcc ziyarəti ilə bağlı zəvvarlara XƏBƏRDARLIQ
-
Region26 Aprel 22:37
Başqa çıxış yolumuz yoxdur - Paşinyan