Mingəçevirdə anasının qətlində şübhəli bilinən şəxs axtarışa verildi
Bizi izləyin

Hadisə

Mingəçevirdə anasının qətlində şübhəli bilinən şəxs axtarışa verildi

Əvvələr məhkumluq həyatı yaşayıb.

Anasının qətlində şübhəli bilinən Mingəçevir şəhər sakini axtarışa verilib.

Publika.az xəbər verir ki, 1994-cü il təvəllüdlü Nail Əlövsət oğlu Məhərrəmovun tapılması istiqamətində hüquq-mühafizə orqanları tərəfindən əməliyyat-axtarış tədbirləri həyata keçirilir.

Nail ailənin ortancıl oğludur və əvvələr məhkumluq həyatı yaşayıb. Hadisədən öncə dostlarına və yaxınlarına xarici ölkələrdən birinə mühacirət etmək niyyətində olduğunu bildirib.

Hadisə mayın 27-də, Mingəçevir şəhəri, Ş.İ.Xətai küçəsi, ev 10, mənzil 3-də baş verib. 1967-ci il təvəllüdlü şəhər sakini Kəmalə Məhərrəmova evində ölü vəziyyətdə taplıb. O, uzun müddət əczaçılıqla məşğul olub. Həyat yoldaşı Əlövsət Məhərrəmovu təxminən 5 il öncə itirən qadının 3 oğlu var. Hadisə qeydə alınan zaman onlardan ikisinin evdə olmadığı bildirilir.

Faktla bağlı Mingəçevir şəhər Prokurorluğunda cinayət işi açılıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm