Yasamalda bədbəxt hadisə - 7 yaşlı qız şkafın altında qaldı
Bizi izləyin

Hadisə

Yasamalda bədbəxt hadisə - 7 yaşlı qız şkafın altında qaldı

Bakının Yasamal rayonunda 7 yaşlı qızın xəsarət alması ilə nəticələnən bədbəxt hadisə baş verib.

Publika.az xəbərinə görə, 2010-cu il təvəllüdlü Məhərrəmli Vəfa Hüseyn qızı yataq otağında oynayan zaman şkafa toxunub. Nəticədə şkaf V.Məhərrəmlinin üzərinə aşıb.

O, ağır xəsarət alaraq valideynləri tərəfindən xəstəxanaya yerləşdirilib.

Həkimlər uşağın vəziyyətini orta sabit-ağır kimi qiymətləndirirlər. (report)

Oxumağa davam et
Reklam
Reklam

Gündəm