Rusiyadakı qəzada xəsarət almış Azərbaycan vətəndaşlarının kimliyi məlum oldu (YENİLƏNDİ)
Bizi izləyin

Hadisə

Rusiyadakı qəzada xəsarət almış Azərbaycan vətəndaşlarının kimliyi məlum oldu (YENİLƏNDİ)

Rusiyada baş vermiş yol qəzasında xəsarət almış Azərbaycan vətəndaşlarının kimliyi məlum olub.

"Report"un məlumatına görə, Ümumrusiya Azərbaycanlıları Konqresinin Nijeqorod regional bölməsinin icraçı direktoru Roman Ağayev qəzaya uğramış mikroavtobusun heç bir nəqliyyat şirkətinə məxsus olmadığını, özəl daşınmaları həyata keçirdiyini bildirib.

Hadisə zamanı avtobusda 2 sürücü, 4 qadın və 8 azyaşlı olub. Qəza zamanı Azərbaycan vətəndaşları – Abbasova Yasəmən (2003-cü il təvəllüdlü), Abbasov Vasil (2005-ci il təvəllüdlü), Ələsgərov Rəhim (1969-cu il təvəllüdlü), Heydərov Vadif Qara oğlu (1951-ci il təvəllüdlü), Yusubova Ülfət (1982-ci il təvəllüdlü), Yusubov Rəvan (2008-ci il təvəllüdlü), Yusubov Natiq (2006-cı il təvəllüdlü), Yusubov Ravil (2013-cü il təvəllüdlü), Yusubov Məmləkət (2005-ci il təvəllüdlü) və Əliyeva Günay (1981-ci il təvəllüdlü) xəsarət alıblar.

Qeyd edək ki, yaralılardan bəziləri bir ailənin üzvləri və qohumlardır. Qəza nəticəsində ümumilikdə 12 nəfər xəsarət alıb. Onlar Komsomolsk xəstəxanasına çatdırılıblar və yaralılara tibbi yardım göstərilib. Hadisə zamanı ağır xəsarət alan olmayıb. Xəsarət alanların vəziyyətinin normal olduğu bildirilir.

***

Rusiyanın Kalmıkiya Respublikasında aşan mikroavtobusun sürücüsü tibbi müayinədən keçirilib, onun qanında alkoqol müəyyən edilməyib.

APA-nın məlumatına görə, bu barədə RİA Novosti agentliyinə Kalmıkiya DİN nümayəndəsi bildirib.

Onun sözlərinə görə, qəzaya səbəb sürücünün sükan arxasında yuxulaması olub. DİN rəsmisi həmçinin bildirib ki, hazırda bir qadın həkimlərin nəzarətindədir. Digər sərnişinlərin yüngül xəsarət aldıqları, hospitalizasiyadan imtina etdikləri bildirilir.

Xatırladaq ki, bu gün Rusiyada içərisində Azərbaycan vətəndaşlarının olduğu mikroavtobus qəzaya uğrayıb. Nijnı Novqoroddan Bakıya gələn mikroavtobus Kalmıkiyanın Çernozemelski rayonunda aşıb. Qəza zamanı mikroavtobusda 9 uşaq olmaqla 17 nəfər olub.

***

Nijni Novqorod-Bakı marşrutu üzrə hərəkətdə olan mikroavtobusun Kalmıkiya ərazisində qəzaya uğraması nəticəsində xəsarət alanların hamısı Azərbaycan vətəndaşıdır.

Apa-nın məlumatına görə, bu barədə RİA "Novosti"-yə açıqlamasında Rusiya Fövqəladə Hallar Nazirliyinin Cənub Regional Mərkəzindən bildirilib.

"Hadisə nəticəsində 7-si uşaq olmaqla, 11 nəfər xəsarət alıb. Onların hamısı Komsomolski qəsəbəsində xəstəxanaya yerləşdirilib. Mikroavtobusda 17 nəfər olub, onlardan 9-u uşaqdır. Sərnişinlərin hamısı Azərbaycan vətəndaşlarıdır”, - deyə Mərkəzdən bildiriblər.

Məlumatda o da qeyd olunub ki, xəsarət alanlar arasında ağır vəziyyətdə olan yoxdur.

Qəza zamanı yanğın baş verməyib, yolda avtomobillərin hərəkətinə maneə yaranmayıb.

***

17:41

Rusiyanın Kalmıkiya vilayətinin Çernozemelsk rayonunda Azərbaycan vətəndaşlarının olduğu mikroavtobus aşıb.

Trend-in RİA Novosti-yə istinadən verdiyi məlumata görə, hadisə nəticəsində 10 nəfər, o cümlədən 7 uşaq xəsarət alıb.

Yaralılar xəstəxanaya çatdırılıb.

Nijni Novoqoroddan Bakıya gələn avtobusda 10-dan çox Azərbaycan vətəndaşı olub.

Qəzanın səbəbləri müəyyənləşdirilir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm