Hadisə
Azərbaycanlı müğənni DƏHŞƏTLİ QƏZA KEÇİRDİ - YENİLƏNDİ
“Şəbnəm hazırda xəstəxanadadır, vəziyyəti ağır deyil. Bir azdan evə buraxılacaq. Sadəcə olaraq hadisədən sarsılıb və bərk qorxub”.
Publika.az xəbər verir ki, bu sözləri gecə saatlarında Gəncədən Bakıya qayıdarkən Bakı-Qazax yolunda ağır avtomobil qəzasına düşdüyü deyilən Şəbnəm Tovuzlunun yaxını deyib.
Müğənninin yaxını bildirib ki, hazırda həyat yoldaşı onun yanındadır: "Vəziyyəti deyildiyi kimi ağır deyil, hadisənin şokunu üzərindən atandan sonra Şəbnəm özü bu barədə jurnalistlərə məlumat verəcək".
***
Müğənni Şəbnəm Əsədova bu gecə Gəncədən Bakıya qayıdarkən Bakı-Qazax yolunda qəzaya uğrayıb.
Qəflətən qarşısına çıxan “VAZ 2107” markalı avtomobillə toqquşan “Mercedes Viano” markalı avtomobildə müğənnidən əlavə prodüseri və sürücüsü olub.
Təcili özəl xəstəxanalardan birinə yerləşdirilən zərəçəkmişlərdən sürücü və prodüserin vəziyyəti orta, müğənninin vəziyyəti isə orta ağır qiymətləndirilir.
Müğənninin şok yaşadığı deyilir.
Daha sonra reanimasiyaya yerləşdirilən Şəbnəm Əsədovanı görmək istəyən həyat yoldaşı müğənninin yanına buraxılmadığı üçün klinikanın personalı ilə dalaşıb.
Xatırladaq ki, bu gün Şəbnəm Əsədovanın Mingeçevirdə “Sərin, sərin” adlı solo konserti baş tutmalı idi.(big.az)
-
Sağlamlıq06:46
Bir dəfəyə nə qədər kabab yemək olar? - Dietoloq LİMİT QOYDU
-
Magazin105:45
Sevinc Balidə belə dincəlir - FOTO
-
Dünya05:15
"Titanik"dəki ən varlı adamın saatı rekord qiymətə satıldı - FOTO
-
Kriminal03:43
Çayxana qan gölünə döndü: Muradova 13 bıçaq zərbəsi vuruldu
-
Sosial02:42
Azərbaycanda sabiq polis oğurladığı əşyaları sevgilisinə satdırırmış - VİDEO
-
Sosial01:11
Cəmiyyət açıq-saçıq geyinənlərə necə baxır?: “Bizə çox şey deyirlər, amma..." - VİDEO
-
Qoroskop00:05
Günün ULDUZ FALI: şəxsi münasibətlərdə problemlər ola bilər
-
Magazin127 Aprel 23:50
Xuramandan ŞOK ETİRAF: "Yoxsa onu öldürərdim"