Məhkəmədən çıxan qadın pilləkəndən yıxılaraq öldü - Cəlilabadda
Bizi izləyin

Hadisə

Məhkəmədən çıxan qadın pilləkəndən yıxılaraq öldü - Cəlilabadda

Cəlilabadda məhkəmədən çıxan 80 yaşlı qadın pilləkənlərdən yıxılması nəticəsində ölüb.

Publika.az report-a istinadən xəbər verir ki, hadisə Cəlilabad Rayon Məhkəməsinin həyətində baş verib.

Belə ki, rayonun Əliqasımlı kənd sakini 1937-ci il təvəllüdlü Şüküfə Aslanova kredit borcuna görə məhkəməyə dəvət edilib. Məhkəmədən çıxarkən Ş.Aslanovanın ayağı pilləkənə ilişib və o, yıxılıb.

Ağır kəllə-beyin travması alan Ş.Aslanova Cəlilabad Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Həkimlərin səyinə baxmayaraq yaralı elə oradaca dünyasını dəyişib.
Faktla bağlı araşdırma aparılır.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm