Rauf Arifoğluya ağır itki - atası dünyasını dəyişdi
Bizi izləyin

Hadisə

Rauf Arifoğluya ağır itki - atası dünyasını dəyişdi

“Yeni Müsavat” Media Qrupunun rəhbəri Rauf Arifoğluya ağır itki üz verib.

Rauf Arifoğlunun atası Arif Abbasov bu gün səhər saatlarında dünyasını dəyişib.

Qeyd edək ki, A.Abbasov 1940-cı ildə Tovuz rayonunun Yuxarı Öysüzlü kəndində anadan olub. O, uzun illər müəllim kimi fəaliyyət göstərib.

A.Abbasov bu gün Tovuz rayonunun Yuxarı Öysüzlü kəndində son mənzilə yola salınacaq.

Baş redaktora dərin hüznlə baş sağlığı veririk. Allah rəhmət eləsin.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm