Ağsuda QORXUNC OLAY: canavar kənd sakinini PARÇALADI - VİDEO (YENİLƏNDİ)
Bizi izləyin

Hadisə

Ağsuda QORXUNC OLAY: canavar kənd sakinini PARÇALADI - VİDEO (YENİLƏNDİ)

Ağsu rayonunda canavarlar sakinlərlə hücüm etməsi nəticəsində xəsarət almış Padar kənd sakini başına gələnləri belə izah edib.

Zərərçəkmiş Həsrət Qurbanovun SİA-ya verdiyi məlumata görə canavar kəndin içində qəflətən qarşısına çıxıb.

Lakin H. Qurbanov yırtıcının hücümundan çəkinməyərək onu əlləri ilə boğub və səs - küyə oğlu gələrək Canavarı balta ilə qətlə yetirib.

Xatırladaq ki, ötən gün yırtıcıların sakinlərə hücumu nəticəsində həmin kəndin sakinləri - Həsrət Qurbanov və Fikrət Alıyev xəsarət alıblar. H. Qurbanov Ağsu Rayon Mərkəzi Xəstəxanasına, digər yaralı F.Alıyev isə Göyçay Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Göyçayda xəstəxanaya yerləşdirilən yaralının vəziyyəti ağır olduğundan o, ilkin tibbi yardımdan sonra Mingəçevir Şəhər Mərkəzi Xəstəxanasına göndərilib.

Agsu Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilən H.Qurbanov dərhal əməliyyat olunub. Hazırda xəstənin vəziyyəti orta ağırdır, lakin o, beş saat əməliyyatda qalıb. Onun baş, üz və qulaq nahiyəsində ciddi xəsarətlər var. Xəstə üçün lazımi tibbi tədbirlər görülüb və ona quduzluğa qarşı peyvənd vurulub.

Kənd sakinlərinə xəsarət yetirən canavarlardan biri sakinlər tərəfindən öldürülüb, rayonun baytarlıq idarəsinin əməkdaşı əraziyə baxış keçirib.

Qeyd edək ki, bu, canavarların həmin kəndə ilk hücumu deyil. Yırtıcılar bundan öncə də kəndə hücum edərək 3 sakinə xəsarət yetirib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm