Qəbələ dağlarında YANĞIN davam edir - Helikopter cəlb edildi
Bizi izləyin

Hadisə

Qəbələ dağlarında YANĞIN davam edir - Helikopter cəlb edildi

Qəbələ rayonunun Abrıx kəndində çətin keçilə bilən yüksək dağlıq ərazidə baş verən yanğının söndürülməsi istiqamətində işlər davam etdirilir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyindən Trend-ə verilən məlumata görə, isti və küləkli hava şəraiti alovun söndürülməsinə çətinlik yaradır. Hazırda yanğın 1,5 hektar ərazini əhatə edib.

Yanğının söndürülməsinə Fövqəladə Hallar Nazirliyinin, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin canlı qüvvəsi və texnikası ilə yanaşı helikopter də cəlb olunub.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm