Hacıqabulda yaşlı kişi bıçaqlandı
Bizi izləyin

Hadisə

Hacıqabulda yaşlı kişi bıçaqlandı

Hacıqabulda bıçaqlanma hadisəsi baş verib.

Publika.az xəbər verir ki, hadisə bu gün axşam saatlarında şəhərin Nəsimi Allahverdiyev küçəsində qeydə alınıb.

Həmin ünvanda yaşayan 56 yaşlı Mail Sabir oğlu Həsənzadə naməlum şəxs tərəfindən 2 bıçaq yarası alıb. Yaralı Hacıqabul Rayon Mərkəzi Xəstəxanasına çatdırılaraq əməliyyat olunub. Vəziyyətinin ağır olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm