Hadisə
Sabiq deputatın oğlu həbs edildi
Milli Məclisin sabiq deputatı Qalib Salahzadənin oğlu Əlihüseyn Salahzadə barəsində Nəsimi Rayon Məhkəməsinin qərarı ilə 3 ay müddətinə həbs qətimkan tədbiri seçilib.
“Report”un xəbərinə görə, o, Cinayət Məcəlləsinin 315.2-ci (Hakimiyyət nümayəndəsinə qarşı müqavimət göstərmə və ya zor tətbiq etmə) maddəsi isə ittiham olunur.
Həmin maddəyə əsasən, hakimiyyət nümayəndəsinə xidməti vəzifələrini yerinə yetirərkən həyat və sağlamlıq üçün təhlükəli olan zor tətbiq etməyə görə 3 ildən 7 ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
Q.Salahzadə “Report”a açıqlamasında deyib ki, oğlu Əlihüseyn Salahzadə Bakı İstintaq Təcridxanasına köçürülüb.
O, oğlunun ittiham olunması ilə razılaşmır: “Nəsimi Rayon Sukanal İdarəsinin əməkdaşları ilə aralarında mübahisə olub. Belə ki, idarənin əməkdaşları qeyri-iş günü mənzilə daxil olublar, bu səbəbdən də anlaşılmazlıq yaranıb. Oğlum da onlardan birini vurub, idarə işçisinin çənəsi qırılıb. Daha sonra isə tərəflər barışıblar. Amma indi məhkəmənin belə qərar qəbul etməsi anlaşılan deyil”.
Qeyd edək ki, Q.Salahzadənin oğlunun həbs olunması barədə xəbəri ilk olaraq olke.az saytı yayıb.
-
Magazin207:25
İlhan Mansız azərbaycanlı xanımından olan övladının üzünü ilk dəfə göstərdi - FOTO
-
Gözəllik02:43
Onun tumu qızıl qədər dəyərli imiş... - Botoks effekti verir
-
Ekopublika.az02:19
Bakının bu ərazisi PLANA DÜŞDÜ - Tezliklə söküləcək
-
İdman01:15
Arda tarixi matçında belə qol vurdu - VİDEO
-
Qoroskop00:45
Günün qoroskopu: hadisələrin axarına müdaxilə etməyin, çünki...
-
Magazin126 Aprel 23:26
Xumar Qədimova daha bir məşhur şeiri mahnıya çevirdi - VİDEO
-
İnanc26 Aprel 23:02
Həcc ziyarəti ilə bağlı zəvvarlara XƏBƏRDARLIQ
-
Region26 Aprel 22:37
Başqa çıxış yolumuz yoxdur - Paşinyan