Hadisə
Ukraynalının Bakıda başına min oyun açan 4 kişinin DƏHŞƏTLİ ƏMƏLLƏRİ
İnsan alverində təqsirləndirilən Namiq Cahangirov, Məxsud Əliyev, Ataməli Əliyev, Ədalət Əliyevin cinayət işi üzrə məhkəmə iclası başa çatıb.
Publika.az-ın xəbərinə görə, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Eldar İsmayılovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxslərə hökm oxunub.
Məhkəmənin hökmü ilə onların barəsində bəraət hökmü çıxarılıb.
İttiham aktına əsasən, həmin şəxslər Ukrayna vətəndaşını Azərbaycanda istismar etməkdə təqsirli bilinib.
Cinayət işinin materiallarına əsasən, ukraynalı kişi mütəmadi olaraq işləmək üçün Azərbaycana gəlirmiş. 1999-cu ildə onunla ailəsi arasında əlaqə kəsilib. Onu kirayələyən şəxslər ukraynalının sənədlərini, şəxsiyyət vəsiqəsini əlindən alıblar, özünü pis qidalandırıblar, tez-tez döyüblər və fermada heyvanlara (donuzlara) baxmağa məcbur ediblər.
Qışda kişi soyuq su ilə çimməyə vadar edilib. Beləliklə, xarici vətəndaş nökərə çevrilib. Onun asılı vəziyyətindən istifadə edən sahibkarlar, onu istismar etmək üçün əldən-ələ veriblər.
2012-ci ildə Ukraynada onu xəbərsiz itkin düşmüş hesab ediblər və qeydiyyatdan çıxarıblar. Zərərçəkmişin yaxınlarını tapmaq mümkün olmayıb.
İstintaq dövründə Namiq Cahangirov, Məxsud Əliyev, Ataməli Əliyev və Əədalət Əliyevin barəsində polisin nəzarəti altına verilmə qətimkan tədbiri seçilib.
Onlar Cinayət Məcəlləsinin 144-2.2.6-cı (insan alveri, qabaqcadan mütəşəkkil dəstə tərkibində) maddəsi ilə ittiham olunurdular.
Hacı Zeynalov
-
Magazin118:00
"Elgiz və Zaur verilişinə getmək üçün mənə pul verir"
-
Nida Xəbər 17:25
İlham Əliyev Almaniyada mühüm tədbirdə çıxış etdi - Yeniləndi
-
Rəsmi xronika16:53
İlham Əliyevin Almaniya XİN rəhbəri ilə görüşü keçirildi
-
Nida Xəbər 16:06
İrəvandan Tehrana tərs şillə: Yeni qaz kəməri çəkilməyəcək
-
Rəsmi xronika15:18
Azərbaycanla Ermənistan arasında... - İlham Əliyev
-
Sağlamlıq14:56
Bu qan qrupuna aid olan insanlarda insult riski YÜKSƏKDİR
-
Dünya14:01
Sensasion iddia: Asiyada müharibə bu paslı gəmiyə görə başlayacaq - FOTO
-
Nida Təhlil 13:10
Türkiyə hərbçiləri Qarabağa niyə gətirilmişdi? - Əliyevin strateji planı