Xaçmazda baş verən meşə yanğını söndürüldü - YENİLƏNDİ
Bizi izləyin

Hadisə

Xaçmazda baş verən meşə yanğını söndürüldü - YENİLƏNDİ

Xaçmazda meşə zolağında baş verən yanğın söndürülüb.

Publika.az Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən bildirir ki, Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, Xaçmaz rayonunun Çiləgir kəndi yaxınlığında biçilmiş taxıl sahəsində və meşə zolağında başlamış yanğın söndürülüb.

Yanğınsöndürmə işləri barədə əlavə məlumat veriləcək.

***

Xaçmaz rayonunun Çiləgir kəndi yaxınlığında biçilmiş taxıl sahəsində və meşə zolağında yanğın başlayıb.

Publika.az-ın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi məlumata görə,nazirliyin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə məlumat daxil olub.

Dövlət Yanğından Mühafizə Xidmətinin və Şimal Regional Mərkəzinin şəxsi heyəti və texnikası hadisə rayonundadır. Yanğınsöndürmə işləri barədə əlavə məlumat veriləcək.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm