Lütfi Zadənin nəşinin Bakıya gətiriləcəyi DƏQİQ VAXT
Bizi izləyin

Hadisə

Lütfi Zadənin nəşinin Bakıya gətiriləcəyi DƏQİQ VAXT

Lütfi Zadənin nəşi sentyabrın 29-da günorta saatlarında Bakıda olacaq.

Bunu Publika.az-a açıqlamasında Lütfi Zadə ailəsinin dostu, Azərbaycan Texniki Universitetinin professoru Şahnaz Şahbazova deyib.

O bildirib ki, artıq bu gün nəşi Los Ancelesdən yola salınacaq:

“Artıq morqdan mənə məlumat verilib. Saat fərqinə görə, orada hələ gecədir. 26-sı səhər Lütfi Zadənin nəşi yola salınacaq. Onun Bakıya çatacağı vaxt barədə məlumat verilib. Həmin məlumatı Los Ancelesdəki konsulluğa, Azərbaycan Hökümətinə bildirmişəm. Bundan sonra görüləcək tədbirlər yerli qurumların səlahiyyətindədir”.

Lütfi Zadə ilə vida mərasimi Azərbaycan Milli Elmlər Akademiyasında keçiriləcək.

AMEA-nın mətbuat xidmətindən Publika.az-a verilən məlumatda bildirilib ki, görkəmli alimlə vida mərasiminin keçiriləcəyi tarix məlum deyil. Bu barədə məlumat olan kimi açıqlama veriləcək.

Qeyd edək ki, dünya şöhrətli alim Lütfi Zadə sentyabrın 5-da 96 yaşında Kaliforniyada vəfat edib.

Gülxar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm