Hadisə
Vitse-admiral Şahin Sultanovun apellyasiya şikayəti üzrə məhkəmə başladı
Müdafiə Nazirliyi Hərbi Dəniz Qüvvələrinin (HDQ) sabiq komandanı, vitse-admiral Şahin Sultanov və digər şəxslərin barəsində olan hökmdən apelyasiya şikayətləri və dövlət ittihamçısının apelyasiya protesti üzrə məhkəmə proses keçirilib.
Publika.az xəbər verir ki, bu gün Bakı Apelyasiya Məhkəməsində hakim Elşad Şamayevin sədrliyi ilə baş tutan prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.
Daha sonra Şahin Sultanov Hərbi Prokurorluğun apelyasiya protestinə etiraz edib. O bildirib ki, Hərbi Prokurorluq tərəfindən apelyasiya protestinin verilməsi müddəti 06 aprel 2017-ci il tarixində bitib: “Qanuna əsasən, Hərbi Prokurorluğun vəsatətinin təmin edilməsi üçün yalnız üzürlü səbəb olmalı idi”.
Şahin Sultanovun vəkili Telman Abdıyev vəsatətlə çıxış edərək, prosesin məhkəmə istintaqı ilə keçirilməsini istəyib: “Cinayət işi üzrə şahid qismində adıkeçən Əli Allahverdiyevin yenidən məhkəmədə dindirilməsini tələb edirik”. Vəsatətlər təmin edilməyib.
Məhkəmənin baxış iclası oktyabrın 4-nə təyin edilib.
Xatırladaq ki, Respublika Hərbi Prokurorluğunun yaydığı məlumata görə, HDQ-də aparılan yoxlamalar zamanı qanun pozuntuları aşkarlanıb. Qanunazidd əməlləri törətməkdə təqsirli bilinən bir neçə nəfər, eləcə də HDQ-nin sabiq komandanı, vitse-admiral Şahn Sultanov təqsirləndirilən şəxs qismində cəlb edilməklə, Respublika Hərbi Prokurorluğunun təqdimatı əsasında 2015-ci il aprelin 23-də Bakı Hərbi Məhkəməsinin qərarı ilə barəsində 3 ay müddətinə həbs qətimkan tədbiri seçilib. Cinayət işi üzrə müxtəlif hərbi rütbəli daha 27 nəfər təqsirləndirilən şəxs qismində cəlb edilib.
Bakı Hərbi Məhkəməsinin hökmü ilə Şahin Sultanov 8 il 6 ay azadlıqdan məhrum edilib, ona 3 il sınaq müddəti olmaqla şərti cəza verilib. Digər təqsirləndirilən şəxs Kazım Əsgərova Cinayət Məcəlləsinin 70-ci maddəsi tətbiq olunaraq şərti cəza verilib. O, məhkəmə zalından azadlığa buraxılıb. Qalib Hacıyevə isə 2 il sınaq müddəti təyin edilməklə 5 il şərti cəza verilib. Həmçinin, təqsirləndirilən şəxslər Kamandar Paşayev, Vüqar Hacıyev, Əziz Xıdırovun barələrində Cinayət Məcəlləsinin 70-ci maddəsi tətbiq olunaraq şərti cəza verilib. Həmin şəxslər məhkəmə zalından azadlığa buraxılıb. Məhkəmənin hökmü ilə digər təqsirləndirilən şəxslər də müəyyən müddətə şərti cəza təyin edilməklə azadlığa buraxılıb.
Hacı Zeynalov
-
Gözəllik02:43
Onun tumu qızıl qədər dəyərli imiş... - Botoks effekti verir
-
Ekopublika.az02:19
Bakının bu ərazisi PLANA DÜŞDÜ - Tezliklə söküləcək
-
İdman01:15
Arda tarixi matçında belə qol vurdu - VİDEO
-
Qoroskop00:45
Günün qoroskopu: hadisələrin axarına müdaxilə etməyin, çünki...
-
Magazin126 Aprel 23:26
Xumar Qədimova daha bir məşhur şeiri mahnıya çevirdi - VİDEO
-
İnanc26 Aprel 23:02
Həcc ziyarəti ilə bağlı zəvvarlara XƏBƏRDARLIQ
-
Region26 Aprel 22:37
Başqa çıxış yolumuz yoxdur - Paşinyan
-
Hadisə26 Aprel 21:47
Dörd aylıq körpə binadan necə düşüb? - Hadisə yerindən GÖRÜNTÜLƏR