Hadisə
Bərdədə 9 yaşlı qızın atası tərəfindən qaçırılmasının TƏFƏRRÜATI
Bərdənin Əmirli kənd sakini İlahə Məmmədova 9 yaşlı qızı Səmanın illər əvvəl ayrıldığı həyat yoldaşı tərəfindən qaçırıldığını iddia edir. O, bununla bağlı mətbuata müraciət edib. Qızının hətta məktəbə də buraxılmadığını deyib.
İ.Məmmədova söyləyir ki, o illər əvvəl həyat yoldaşından ayrılıb, ikinci dəfə ailə qurub. İkinci həyat yoldaşının səhhəti ilə əlaqədar olaraq onlar müvəqqəti Moskvaya gediblər. Səma isə nənəsinin yanında qalıb. Keçmiş həyat yoldaşı da bunu fürsət bilərək qızı qaçırıb.
Qadın iddia edir ki, Səma anası ilə qalmaq istəsə də, keçmiş həyat yoldaşı Pərvin Musayev və onun ailəsi uşağı qorxudaraq fikrindən daşındırırlar.
Məsələ ilə bağlı kənd bələdiyyəsinin sədri Rauf Həsənovla əlaqə saxladıq. O, hadisənin İ.Məmmədovanın dediyi kimi olmadığını bildirdi: “İlahə Məmmədova Pərvin Musayevlə 2 il ailəli olub. Ayrılandan sonra məhkəmə qərarı ilə uşaq anasına verilib. Təxminən 3 il əvvəl qadın ikinci dəfə ailə qurub. Həmin vaxtdan da qızına anası baxır. Özü isə həyat yoldaşı ilə birlikdə daimi Rusiyada yaşayır. Bir müddət əvvəl uşağın atası qızının onunla qalması üçü məhkəməyə müraciət edib. Bir aydır ki, onun iddiası təmin edilib. Məhkəmənin qərarı ilə uşaq atasına verilib. Əksinə ana uşağını qaçırmaq istəyib, polis uşağı alıb, təkrar atasına verib”.
R.Həsənov 9 yaşlı Səmanın atası tərəfindən məktəbə buraxılmamasının yalan olduğunu deyib:
“Onlar mənim qonşuluğumda yaşayırlar. Hər gün uşaq məktəbə gedir. Məktəblə bələdiyyənin binası yaxındır, o uşağı hər gün məktəbə aparanda görürəm”.
Gülxar
-
Nida Xəbər 16:06
İrəvandan Tehrana tərs şillə: Yeni qaz kəməri çəkilməyəcək
-
Rəsmi xronika15:18
Azərbaycanla Ermənistan arasında... - İlham Əliyev
-
Sağlamlıq14:56
Bu qan qrupuna aid olan insanlarda insult riski YÜKSƏKDİR
-
Dünya14:01
Sensasion iddia: Asiyada müharibə bu paslı gəmiyə görə başlayacaq - FOTO
-
Nida Xəbər 13:32
İlham Əliyev Almaniyada mühüm tədbirdə çıxış etdi - Yeniləndi
-
Nida Təhlil 13:10
Türkiyə hərbçiləri Qarabağa niyə gətirilmişdi? - Əliyevin strateji planı
-
Sosial12:58
Sabah 32 dərəcə isti olacaq
-
Nida Xəbər 12:16
XİN Avropa Parlamentinə cavab verdi