İŞİD-in azərbaycanlı üzvünə cəza verildi
Bizi izləyin

Hadisə

İŞİD-in azərbaycanlı üzvünə cəza verildi

Terrorçuluq və digər cinayətlərdə ittiham olunan İraq Şam İslam Dövləti (İŞİD) terror təşkilatının azərbaycanlı üzvü Fərid Sadıqovun cinayət işi üzrə növbəti məhkəmə prosesi başa çatıb.

Publika.az xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Rahib Salmanovin sədrliyi ilə baş tutan prosesdə təqsirləndirilən şəxsə hökm oxunub.

Fərid Sadıqov 11 il müddətinə azadlıqdan məhrum edilib.

İttihama görə, “Əbdülxaliq” ləqəbli Fərid Sadıqov İŞİD terror təşkilatının ideyalarının Azərbaycanda qəbul olunması və cinayətkar məqsədlər üçün Qərib Dəmirov, Məhəmməd Ulubəyov və digər şəxslərlə əlaqəyə girib.

Adıçəkilən şəxslər Bakı Dövlət Universiteti, İslam Universiteti, Neft Akademiyasında terror aktı həyata keçirmək, əhali arasında vahimə yaratmaq istəyiblər. Dəstə üzvləri şimal zonasında olan şərab mağazalarına və lombardlara hücum etməyi planlaşdırıblar.

Dəstə üzvləri Dövlət Təhlükəsizlik Xidmətinin keçirdiyi əməliyyat zamanı zərərsizləşdiriib. Dəstənin digər üzvü Fərid Sadıqov isə sonradan həbs edilib.

Fərid Sadıqov Cinayət Məcəlləsinin 218.1-ci (cinayətkar birliyin üzvü olma), 214-cü (terrorçuluğa hazırlıq) və digər maddələri ilə ittiham edilib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm