Torpaq üstündə böyük qardaşını güllələdi - Xızıda CİNAYƏT
Bizi izləyin

Hadisə

Torpaq üstündə böyük qardaşını güllələdi - Xızıda CİNAYƏT

Xızı rayonunda qətl hadisəsi baş verib.

Publika.az xəbər verir ki, rayonun Yarımça kəndində 1972-ci il təvəllüdlü Şirxan Məhərrəmov 1966-cı il təvəllüdlü qardaşı Səməd Məhərrəmovu ov tüfəngindən açdığı atəşlə vurub.

Səməd Məhərrəmov aldığı xəsarətdən hadisə yerində ölüb.

Məlum olub ki, iki qardaş arasında torpaq üstündə mübahisə sonda cinayətlə nəticələnib.

Cinayəti törədən Şirxan Məhərrəmov həbs edilib.

Faktla bağlı Xızı rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.

Hacı Zeynalov

Oxumağa davam et
Reklam
Reklam

Gündəm