Qazaxda ağır qəza: 1 nəfər öldü, 5 nəfər yaralandı
Bizi izləyin

Hadisə

Qazaxda ağır qəza: 1 nəfər öldü, 5 nəfər yaralandı

Bakı-Qazax-Gürcüstanın magistralının Qazax şəhəri ərazisindən keçən hissəsində ağır yol nəqliyyat qəzası olub.

Publika.az-ın APA-ya istinadən məlumatına görə, sürətli hərəkətdə olan "Opel" markalı minik avtomobili digər minik avtomobili ilə toqquşub.

Qəza nəticəsində 6 nəfər bədən xəsarəti alıb. Yaralılar Qazax Rayon Müalicə Diaqnostika Mərkəzinə yerləşdirilib. Həkimlərin səyinə baxmayaraq onlardan biri - Qazax rayon sakini, 1993-cü il təvəllüdlü Abayev Allahverdi Rasim oğlu dünyasını dəyişib.

Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsində araşdırma aparılır.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm