Hadisə
Prokuror generalın oğluna 6 il iş istədi
Bakıda xuliqanlıq hərəkəti etməkdə təqsirli bilinən Rüstəm Orucov, onunla birlikdə ittiham olunan Pərviz Abbasov və Kənan Vəliyevin cinayət işi üzrə məhkəmə prosesi keçirilib.
Publika.az xəbər verir ki, bu gün Binəqədi rayon məhkəməsində keçirilən prosesdə məhkəmə istintaqının başa çatdığı elan olunub.
Prokuror çıxışında Rüstəm Orucovun 6 il, digər iki təqsirləndirilən Kənan Vəliyev və Pərviz Abbasovun hər birinin 3 il 6 ay müddətinə azadlıqdan məhrum edilməsini istəyib.
İttihama görə, bu il iyulun 3-də Bakı şəhər sakini Rüstəm Orucov sürücülük hüququndan məhrum olunmasına baxmayaraq, idarə etdiyi BMV markalı avtomobillə yol hərəkəti qaydalarını pozub. Rüstəm Orucova əsaslı irad bildirmiş sürücü Sənan Səmədovun idarə etdiyi marşrut avtobusunu 8 dayanacaq təqib edərək sərnişinlərin narahatlığına və insanlarda vahiməyə səbəb olub, vətəndaşların gözü qarşısında bir qrup şəxslə həmin sürücüyə xəsarətlər yetirərək xuliqanlıq edib.
Hadisənin digər iştirakçıları olan Kənan Vəliyev və Pərviz Abbasovun barəsində həbs qətimkan tədbiri seçilməyib, onlar polis nəzarəti qətimkan tədbirindədirlər.
Müəyyən edilib ki, Rüstəm Orucov piyadanın ölümünə səbəb olan yol-nəqliyyat hadisəsi törədib və hadisə yerindən qaçdığına görə hələ 2014-cü ildə 4 il müddətinə azadlıqdan məhrum olub. O, 2016-cı ildə isə şərti olaraq vaxtından əvvəl azad edilib. Rüstəm Orucov Cinayət Məcəlləsinin 221.2.1-ci (bir qrup şəxs tərəfindən xuliqanlıq) maddəsi ilə ittiham edilir.
Qeyd edək ki, Rüstəm Orucov Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti rəisinin həqiqi hərbi xidmətə çağırış üzrə müavini vəzifəsindən işləmiş, general-mayor Novruzəli Orucovun oğludur. Novruzəli Orucov bu hadisədən sonra tutduğu vəzifədən azad edilib.
Hacı Zeynalov
-
Magazin100:50
Sabiq nazirin idmançı kürəkəninin bu görüntüləri gündəm oldu - VİDEO
-
Qoroskop00:20
Günün qoroskopu: ünvanınıza çox tənqid səslənəcək...
-
Nəqliyyat6 May 23:16
Bu yolda sürət həddi 20 km/saata endirildi
-
Magazin16 May 23:04
İllərlə küsülü olan Brilliant Dadaşova və Abbas Bağırovun rəqsi - VİDEO
-
Dünya6 May 21:33
HƏMAS-la İsrail atəşkəs barədə razılaşdı
-
Sosial6 May 21:23
Deyirlər ki, puluna görədir... - 17 yaşlı qızla nişanlanan 37 yaşlı kişinin anası DANIŞDI - VİDEO
-
İdman6 May 21:13
22 yaşlı idmançı faciəvi şəkildə öldü
-
Qoroskop6 May 21:05
Bürclərin ən zəhlətökən xüsusiyyətləri