Biləsuvar sakini evində yanaraq öldü
Bizi izləyin

Hadisə

Biləsuvar sakini evində yanaraq öldü

Biləsuvarda yanğın hadisəsi qeydə alınıb.

Publika.az Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən xəbər verir ki, Biləsuvar rayonu, Zəhmətabad kəndində ümumi sahəsi 60 m² olan birmərtəbəli 2 otaqlı evin yanar konstruksiyaları 12 m² sahədə yanıb.

Yanğın kəşfiyyatı zamanı ev sahibi Kazımov Həsən Bayram oğlunun yanmış meyiti yanğınsöndürənlər tərəfindən aşkar edilib. Evin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın söndürülüb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm