Hadisə
Bakıda uşağını satışa çıxaran Tovuz sakininin AXTARIŞINA BAŞLANDI - FOTO
Bakıda elan saytlarında birində 40 günlük uşağın satışa çıxarılması hadisəsi ilə bağlı cinayət işi açılıb.
Publika.az Lent.az-a istinadən xəbər verir ki, fakta görə Cinayət Məcəlləsinin 144-cü (insan alveri) maddəsi ilə iş başlanılıb. Polis əməkdaşları bu gün səhər saatlarında övladını satmaq istəyən Tovuz rayon sakini Orxan adlı şəxsin Hövsanda kirayə yaşadığı mənzilə baxış keçirib. Məlum olub ki, o, həyat yoldaşı və körpəsi ilə birgə gecə saatlarında evi tərk edərək uzaqlaşıb. Hazırda 24 yaşlı şəxsin saxlanılması istiqamətində iş aparılır.
Bugün müxtəlif imkanlı şəxslər, bir sıra dövlət qurumlarının əməkdaşları xeyriyyə məqsədi ilə həmin ailəni axtarsa da, onu tapmaq mümkün olmayıb. Orxan adlı şəxs istifadəsindəki telefon nömrələrini bağlayıb.
Qeyd edək ki, 40 günlük uşağın satışa çıxarılması barədə qarabazar.az saytında məlumat yerləşdirilib. Orxan adlı şəxs uşağa baxa bilmədiyini və bu səbəbdən körpəni satdığını yazıb: "Körpə oğlan uşağıdır, sağlamdır. Övladı olmayanlara verirəm”.
Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69
-
Yaxın Şərq02:19
Suriyada inanılmaz ucuzlaşma: 20 dollarlıq məhsul bir dollara satılır - FOTO
-
Qoroskop00:35
Günün qoroskopu: Yeni fürsətlərə açıq olun!
-
Hadisə17 Yanvar 23:10
Azərbaycanda dəhşətli partlayışda yaralananların SON DURUMU
-
Kriminal17 Yanvar 22:52
Arayikin məhkəmədə ŞOK İFADƏSİ - VİDEO/YENİLƏNDİ
-
Magazin117 Yanvar 22:50
Şadlıq sarayında Renkanı təhqir etdilər - VİDEO
-
Hadisə17 Yanvar 21:59
Azərbaycanda evdə partlayış oldu: 5 nəfər xəsarət aldı - FOTO/VİDEO
-
Elm və təhsil17 Yanvar 21:37
Təhsil İdarələrində kütləvi ixtisar olub? - RƏSMİ AÇIQLAMA
-
Elm və təhsil17 Yanvar 21:15
İki məktəb direktoru vəzifəsindən azad edildi - FOTO