Bir ildə 142 insan alveri faktı aşkarlanıb - Nazir
Bizi izləyin

Hadisə

Bir ildə 142 insan alveri faktı aşkarlanıb - Nazir

Ötən il Daxili İşlər Nazirliyi əməkdaşları tərəfindən 142 insan alveri cinayəti aşkar edilib.

Publika.az xəbər verir ki, bu sözləri Daxili İşlər Nazirliyində keçirilən kollegiya iclasında daxili işlər naziri, general-polkovnik Ramil Usubov deyib.

Onun sözlərinə görə, insan alverinin və bu cinayətin qurbanlarının müəyyən edilməsi üzrə Milli Fəaliyyət Planı əsasında görülən işlər də ardıcıl olub.

“Nəticədə 142 insan alveri və 6 məcburi əmək cinayəti müəyyən edilib, 17 nəfərdən ibarət 8 cinayətkar qrup zərərsizləşdirilib. Qurbanların müdafiəsi, hüquqlarının bərpası və sosial reabilitasiyası üzrə fəaliyyət çərçivəsində 71 şəxsin cəmiyyətə reinteqrasiyası təmin edilib”.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm