"Nutella" üstündə mağazada saç yolduya çıxdılar - - FOTO/VİDEO
Bizi izləyin

Hadisə

"Nutella" üstündə mağazada saç yolduya çıxdılar - - FOTO/VİDEO

Fransada mallara 70 faiz endirim edilən mağazada müştərilər "Nutella" şokaladına görə, əlbəyaxa olublar.

Publika.az xəbər verir ki, supermarketlərdən birinin sahibi müştəriləri sevindirmək məqsədilə fındıqlı "Nutella" şokoladının qiymətini 70 faiz endirib. Ümumiyyətlə, fransızlar şokoladı xüsusilə də, "Nutella"nı çox sevir. Endirim haqqında eşidən müştərilər səhər saatlarından mağazanın qapısında növbəyə dayanıb. Mağaza sahibi deyir ki, mağaza açılan kimi içəri daxil olan alıcılar rəflərdə olan bütün şokoladları "süpürdülər".

"Nutella" üstündə alıcılar arasında dava düşüb. 200 insanın növbə gözlədiyi mağazada alıcılardan biri digərlərindən az topladığı üçün, o birinin şokoladını götürmək istəyib. Bu zaman qadınlar mağazanın ortasında saç yolduya çıxıblar.

Mağazanın əməkdaşları deyib ki, insanlar özlərini vəhşi heyvan kimi aparırdılar. Endirim olacağını əvvəlcədən öyrənən bəzi alıcılar hətta qabaqcadan gəlib, "Nutella" şokoladlarını başqa rəflərdə gizlədiblər.

Həmin gün mağazada 3 ay ərzində satılan "Nutella" şokoladlarından daha çox mal satılıb.

Könül Cəfərli

Oxumağa davam et
Reklam
Reklam

Gündəm