Batan BERG gəmisindən 4 azərbaycanlı xilas edildi
Bizi izləyin

Hadisə

Batan BERG gəmisindən 4 azərbaycanlı xilas edildi

Qara dənizin Krım sahillərində Moldova bayrağı altında üzən BERG adlı yük gəmisi batır.

“Report” xəbər verir ki, gəmidə Azərbaycan və Ukrayna vətəndaşları da daxil olmaqla 12 heyət üzvü var. Həmin şəxslərin 8 nəfəri Ukrayna, 4 nəfəri Azərbaycan vətəndaşlarıdır.

RİA "Novosti"nin məlumatına görə, yük gəmisinin gövdəsi zədələnib. Gəmi Feodosi buxtasında yedəkdədir, heyət üzvləri təxliyyə edilib.

Qəzanın səbəbləri məlum deyil.

Gəmi qapalı Kerç limanından Türkiyənin Bandırma limanına gedirmiş. Həmçinin o da məlumdur ki, gəmi yanvarın 28-də Azov limanında olub.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm