Hadisə
Qubada tənha yaşayan kişinin DƏHŞƏTLİ SONU - Diri-diri yandı
Quba rayonunun Aşağı Atuc kəndində birmərtəbəli binada ümumi sahəsi 12 m2 olan otağın tavanı (taxta və palçıqdan ibarət) yanaraq çöküb.
Publika.az FHN-nin saytına istinadən xəbər verir ki, yanğının kəşfiyyatı zamanı ev sahibi, 1949-cu il təvəllüdlü Əlpaşayev Fazil Məhəmməd oğlunun cəsədi aşkar olunub.
Binanın qalan hissəsi yanğından mühafizə edilib. Yanğın yanğın bölmələri tərəfindən söndürülüb.
Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır.
Lent.az-ın məlumatına görə, Aşağı Atuc kəndində evində yanaraq ölən 69 yaşlı Fazil Əlpaşayev həmin evdə tənha yaşayırmış. Belə ki, spirtli içki aludəçisi olan kənd sakini doğmalarından ayrılaraq balaca taxta evdə yaşamağa başlayıb.
Hadisə isə ilkin ehtimala görə, qısaqapanma nəticəsində baş verib. Əvvəlcə evin tavanı yanıb və damın ağırlığı nəticəsində çökmə baş verib. Dağıntı altında qalan F. Əlpaşayev yanaraq ölüb.
Faktla bağlı araşdırmalar davam etdirilir.
-
Ekologiya02:00
Güclü maqnit qasırğası başladı - Nələr olacaq?
-
İdman01:10
Mbappe gedəcəyini elan etdi - Bu oyunda vida mərasimi olacaq
-
Qoroskop00:43
Günün qoroskopu: planlar pozulacaq - Bunları edin!
-
İdman10 May 23:46
Lalə Kramarenko: Azərbaycanın təklifini qəbul etmək xəyanət olar
-
Sosial10 May 23:34
Dünya rekordçusu olan laçınlı nənə Heydər Əliyevlə bağlı xatirələrini bölüşdü - VİDEO
-
Ekologiya10 May 23:10
Günəşdə 25 ilin ən güclü partlayışı baş verdi
-
Art10 May 22:21
Murad Muradov süni nəfəs aparatına qoşulub - YENİLƏNDİ
-
Elm və təhsil10 May 22:00
Abituriyentlərin NƏZƏRİNƏ: nəticələr elan olundu